"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`2017-ci il də uğurlu olacaq` – İlham Əliyev

08 Oktyabr 2016 - 08:26
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq, 2017-ci il də uğurlu olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, – ilin sonuna qədər az vaxt qalsa da, – bu məsələlərə çox ciddi diqqət göstərilməlidir.

Mən qeyd etdim ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq”.

İlham Əliyev vurğulayıb ki, apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir: “Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu – Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.

Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik”.

Prezident bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb: “Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, – çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, – eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.

O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik”.

Dövlətimizin başçısı əlavə edib: “Bir sözlə, artıq 2016-cı il sona yaxınlaşır. Qeyd etdiyim kimi, bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olmuşdur. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.

Previous Post

`2017-ci il də uğurlu olacaq` – İlham Əliyev

Next Post

Bu gün 28 dərəcə isti olacaq

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Bu gün 28 dərəcə isti olacaq

Bu gün 28 dərəcə isti olacaq

Son xəbərlər

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24
Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

09 Oktyabr 2026 - 11:17
“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

09 Oktyabr 2026 - 11:06
ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

09 Oktyabr 2026 - 10:52
Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09 Oktyabr 2026 - 10:47
Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43
Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

09 Oktyabr 2026 - 10:40
Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

09 Oktyabr 2026 - 10:38
Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

09 Oktyabr 2026 - 10:32
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

09 Oktyabr 2026 - 10:29
Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

09 Oktyabr 2026 - 10:16
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

09 Oktyabr 2026 - 10:07
FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

09 Oktyabr 2026 - 09:58
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

09 Oktyabr 2026 - 09:46
Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

09 Oktyabr 2026 - 09:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.