"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

200 minlik avtomobil nömrələri: onları satan kimlərdir?

08 May 2017 - 09:43
in aktual-banner, Banner, Cebhe-banner, ÖNƏMLİ, SEÇMƏ, SOSİAL
FacebookVatsap

 

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Ekspert: “Azərbaycanda ən bahalı nömrənin dövlət rüsumu 2500 manatdır, amma…”
Bir neçə gündür ki, iş adamı Füzuli Fərəcovun az yaşlı oğlunun “99 BS 999” nömrə nişanlı “Porsche” markalı avtomobillə 2 uşaq anasını vuraraq öldürməsi ictimaiyyətdə geniş müzakirə olunur.
Daha öncəki sayımızda hadisəni törədən 16 yaşlı Ağəli Fərəcovun yaşam tərzi barəsində məlumat vermişdik. İndi isə onun “avtoş”luq etdiyi avtomobilə diqqət edək. Belə ki, Ağəli Fərəcovun sürdüyü avtomobilin qiyməti 200 min manata yaxındır. Avtomobilin üzərindəki dövlət nömrə nişanının da qiyməti heç də ucuz deyil. Belə ki, avtomobil satıcılarının sözlərinə görə, bu kimi nömrələrin qiyməti 100 min manat və daha yüksəkdir…
Bəs Azərbaycanda avtomobilə dövlət nömrə nişanının alınmasına görə ödənilməli olan məbləğlər qanunvericiliklə necə tənzimlənir?
Azərbaycanda avtomobillərə nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunla 22 manat müəyyən edilib. Sonu cüt rəqəmli, eyni hərfli nömrələrin isə dövlət rüsumu 500-2500 manat arasında dəyişir. Lakin Azərbaycanda qeyd olunan məbləğdən dəfələrlə baha qiymətə satılan nömrələrə rast gəlmək mümkündür.
İnternetdə kiçik araşdırmamız zamanı öyrəndik ki, “99 LL 999″, ”99 VV 999″ kimi nömrələr 200 min manata satılır.
Ölkədə məmur övladlarından başqa müğənnilərin də əksəriyyəti öz avtomobillərinə bu cür bahalı, “zerkalnı” nömrələr alıblar…

Image result for Ərşad Hüseynov
“Yeni Müsavat”a danışan ekspert Ərşad Hüseynov bildirib ki, rəqəmlərin və hərflərin kombinasiyasından asılı olaraq, qiymətlər dəyişir: “Lakin qiymətlər 2500 manatdan baha deyil. Qanuna görə, avtomobilsiz nömrənin heç bir əhəmiyyəti yoxdur və buna görə də heç kim avtomobilsiz nömrə sata bilməz. Bu, mümkün deyil. Lakin nömrə satanlar bu məsələdən də çıxış yolu tapırlar. Belə ki, iki nəfər bir-biri ilə razılaşır gedirlər Dövlət Yol Polisinin Qeydiyyat-imtahan şöbəsinə və burada iki tərəfli əməliyyat edirlər. Nəticədə nömrə bir maşından digərinə keçir. Yəni alan şəxs dövlətə deyil, öz aralarındakı razılığa uyğun olaraq satan şəxsə pul ödəyir. Bu məsələdə dövlət orqanı heç bir müdaxilə edə bilməz. Rəsmiləşdirmədə yalnız nömrənin bir şəxsdən digərinin adına keçməsinə görə dövlət rüsumu ödəyirlər. Bu isə maksimum 70 manat olur. Burada ”qanunsuzdur” ifadəsi yol hərəkəti qaydaları ilə deyil, vergi məsələsi baxımından keçərlidir. Belə ki, 50 minə, 70 minə nə isə satırsansa, bunun vergisini də ödəməlisən”.
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı isə qeyd etdi ki, əslində bu gün məsələ ilə bağlı vəziyyət çox acınacaqlıdır:

Image result for Elməddin muradlı
“Bəzi saytlarda nömrələr açıq şəkildə, çox baha qiymətə satışa qoyulub. Yəni açıq bazardır. Nömrəyə istənilən qiyməti yazıb, satışa qoyurlar. Dövlət Yol Polisi bununla bağlı dəfələrlə açıqlama verib ki, həmin elanların hamısı formaldır və satışı təşkil edən saytın diqqət cəlb etmək üçün atdığı addımdır. Lakin bir reallıqdır ki, bu sahədə böyük biznes şəbəkəsi formalaşıb. İstənilən mülki şəxs baha qiymətə nömrə ala və sata bilir. Dövlət Yol Polisinin üzərinə qanunvericiliklə çox böyük vəzifələr qoyulub və illərdir ki, internet vasitəsi ilə nömrə satışı prosesi həyata keçirilir. Lakin bu gün qanunvericilikdə olmayan hal da ortaya çıxıb. Belə ki, adamlar avtomobili satırlar, ancaq deyirlər ki, nömrəni satmıram. Hansı ki, nömrə bu maşın üçün verilib. Dəfələrlə eşidirik kimsə deyir ki, ”yol polisində nömrəni bron etdirmişəm”. Bu, qanunvericilikdə olmayan bir haldır. İndiki halda qanunvericiliyin tələbinə görə, nömrə yalnız avtomobilin alqı-satqısı zamanı, itirildikdə, yararsız hala düşdükdə dəyişdirilir. Qiymətlərə gəlincə isə bunu da insanlar özləri aralarında şişirdirlər. Bizim saytın əməkdaşı, rəsmi şəkildə müraciət edib, sonu “666″ olan nömrəni 500 manata aldı. Bu gün kimsə iddia edə bilər ki, bu, mümkün deyil. Sadəcə, insanlar tənbəllik edib rəsmi müraciət etmirlər, asan yol axtarırlar”.
E.Muradlı bildirib ki, bu bazarı DYP yox, insanların özləri yaradıblar: “Dünyanın əksər ölkələrində cüt nömrələr kommunal xidmət maşınlarına verilir. Misal üçün Gürcüstanda sonu cüt olan nömrələr zibil daşıyan maşınlara verilir. Bu yaxınlarda maraqlı araşdırma aparmışdılar və məlum oldu ki, Almaniyada bu cür nömrələri fahişələr alırlar ki, müştərinin yadında qalsın. Müşahidə aparıram ki, bu cür bahalı, cüt nömrə xəstəliyi, ancaq müsəlman ölkələrindədir. Baxırsan ki, Dubayda neçə milyona nömrə alıb, maşının üzərinə bağlayırlar. Avtomobilin komfortu yerindədirsə, hesab edirəm ki, nömrə önəm daşımır. Hətta son zamanlar Gürcüstana da bu məsələ ilə bağlı sirayət etmişik. Orada da yavaş-yavaş hiss olunur ki, nömrə alveri genişlənir. Bəllidir ki, orada nömrələrdə 3 hərf olur. Gedib Gürcüstandan bu cür nömrələr alıb, gəlib Azərbaycanda bir müddət sürdükdən sonra qaytarırlar. Belə görünür ki, bu cür çürük təfəkkür ən çox Azərbaycanda yayılıb. Hansı ölkəyə gediriksə, orada da bahalı nömrə axtarırıq”.

Previous Post

200 minlik avtomobil nömrələri: onları satan kimlərdir?

Next Post

Xaçmazda kütləvi məzarlıq aşkarlanıb – VİDEO

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post

Xaçmazda kütləvi məzarlıq aşkarlanıb - VİDEO

Xaçmazda kütləvi məzarlıq aşkarlanıb - VİDEO

Son xəbərlər

Ermənilər Bakıya gəlirlər – RƏSMİ

Ermənilər Bakıya gəlirlər – RƏSMİ

22 İyul 2026 - 13:52
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

22 İyul 2026 - 13:30
“Arzum 9999” ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

“Arzum 9999” ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

22 İyul 2026 - 13:14
Lavrov ABŞ-a qarşı ittihamlar irəli sürdü

Lavrov ABŞ-a qarşı ittihamlar irəli sürdü

22 İyul 2026 - 13:00
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

22 İyul 2026 - 12:45
Rodri İspaniya nəhəngi ilə anlaşdı

Rodri İspaniya nəhəngi ilə anlaşdı

22 İyul 2026 - 12:23
Ankarada təlim helikopteri qəzaya uğradı

Ankarada təlim helikopteri qəzaya uğradı

22 İyul 2026 - 12:13
Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik

Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik

22 İyul 2026 - 11:58
Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

22 İyul 2026 - 11:47
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Azərbaycanda ötən gün 108 axtarışda olan şəxs saxlanılıb

22 İyul 2026 - 11:40
Venesuela zəlzələlərində ölənlərin sayı artıb

Venesuela zəlzələlərində ölənlərin sayı artıb

22 İyul 2026 - 11:31
Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

22 İyul 2026 - 11:24
WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

22 İyul 2026 - 11:13
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

22 İyul 2026 - 10:59
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.