Qax şəhəri ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Elchi.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla obyektə qeyri-qanuni yolla daxil olmaqla oradan ümumilikdə 10.300 manat və 100 ABŞ dollarının oğurlandığı məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan 2 qardaş müəyyən edilərək saxlanılıblar. Əvvəllər də məhkum olunmuşlar – Elsevər və Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvarın 21-də və 30-da digər 2 mağazadan da pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.