“Moskva sərhəddə baş verənlərdən məmnun görünür”-Politoloq

86

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün hərəkətə keçib. Baş verənlərdən Moskva məmnun görünür. Çünki Brüssel formatı fiaskoya uğrayıb”.

Elchi.az-ın məlumatına görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:

“Rusiya xüsusi işlər səfiri Xovayevi Bakı və Yerevana sülh sazişini müzakirə etmək üçün göndərir. Görünür 10 noyabr Birgə Bəyannaməsi kimi də sülh müqaviləsi Rusiyanın vasitəçiliyi ilə bağlanması mümkün ola bilər.
Ermənistan Rusiyanın orbitində çıxa bilmir və görünür Yerevan Moskvadan asılı olaraq qalır. Rusiya bu ölkəyə nə vaxt atəşi dayandir deyəcəksə, onda dayandıracaq. Ermənistan təxribatları davam etdirməklə daha da ciddi itkilər verməkdədir”.

Şayəstə