Fransanın qərbindəki Landes əyalətində günlərlə davam edən və 1700 hektar ərazini yandıran yanğın nəzarət altına alınıb.
Elchi.az xəbər verir ki, Landes prefekturasının ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada, 13 avqustda əyalətin Lugnon kəndində başlayan yanğının nəzarət altına alındığı bildirilib. Bəyanatda yanğın səbəbindən təxliyə edilən sakinlərdən 250-nin evlərinə qayıda biləcəyi qeyd edilib.
Təxminən dörd gün davam edən yanğında təxminən 1700 hektar ərazi yanıb.
Tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il 117.000 hektardan çox ərazi alovlar tərəfindən yandırılıb və 4 yanğınsöndürən həyatını itirib.
Məryəm





















