"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

11 məhkuma Elşad Babayevin taleyi vəd olunub

09 Yanvar 2015 - 11:33
in XƏBƏR LENTİ
FacebookVatsap

img1376902“12 gündür ki, uşaqlarımız “Tubzon”da işgəncələrə məruz qalır”

Bunu da oxuyun

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüblər. Onlardan 11 nəfərin taleyi bu gün də qaranlıqdır. Belə məlumatlar var ki, həmin dustaqlar vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürülüblər. Amma bu haqda rəsmi məlumat yoxdur, məhkumların yaxınlarına da onlarla görüşməyə şərait yaradılmır.
“Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilərin əlindədir. Onların barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsi ilə xəbər alırıq. Bizim Binə qəsəbəsində, “Tubzon”da saxlanılan 11 övladımız barədə isə dekabrın 26-dan bu yana xəbər verilmir. Bilmirik ki, uşaqlarımız orada ölüb, ya qalıb!” – bu sözləri “Yeni Müsavat”a məhkum analarından biri deyib. O bildirib ki, yanvarın 8-də Penitensiar Xidmətə gedərək rəis Mədət Quliyevlə görüşmək istəyiblər: “Mədət Quliyevin qəbuluna getdik. Dedilər, məzuniyyətdədir. Amma onu işə gələn gördük. Qəbuluna düşə bilmədik. Bizi bir nəfər qəbul etdi. Çox kobud şəkildə danışırdı. Deyirdi, sizi polisə verəcəyəm. 102-ni yığacağını deyirdi. Onu birtəhər sakitləşdirib dedik ki, Mədət Quliyevin müavini Hüseyn Əlixanovun yanında olmuşuq. O, “Tubzon”un rəisi Nizamiyə zəng edib və bizi qəbul etməsini tapşırıb. Amma bizi qəbul etməyib. Bizə belə xəbər çatıb ki,  uşaqlarımızın bəzilərini orada əməliyyat ediblər. Onların əl-ayaqları sınıb. Bir neçəsinin daxili orqanları dağılıb. Vəkilləri də “Tubzon”a buraxmırlar”.
Valideynlər deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimovla danışıb: “Əli İbrahimov nümayəndəyə deyib ki, 11 nəfər məhkum vərəm xəstəsi olduqlarına görə “Tubzon”a köçürülüblər. Bu ağ yalandır. Ora köçürülən məhkumların heç biri vərəm deyil. “Tubzon” işgəncə yeridir. Bizim övladlarımıza orada işgəncə verirlər. 12 gündür ki, uşaqlarımız “Tubzon”da işgəncələrə məruz qalır”.
Valideynlər Ə.İbrahimovun onları da aldatdığını bildirdilər: “Elşad Babayev öldürüləndən sonra, dekabrın  26-da uşaqlarımızı “Tubzon”a köçürüblər. 26-da ora itlərlə qoşun girib. Hamını döyüb alt paltarında plastda saxlayıblar. Bizə də deyirlər ki, uşaqlarınız məhkəməyə gediblər. Övladlarımızın vəziyyəti çox ağırdır. Döyülmələrdən daxili orqanları zədələnib. Biz hər gün 9-10 saat “Tubzon”un qabağında dayanıb övladlarımızla görüş veriləcəyini gözləyirik. Oranın rəisi Nizami qabağımıza çıxmır. O, Azərbaycanda məhbusları vəhşicəsinə döyməsi ilə ad çıxarıb. Onlar məhkumlara qarşı vandalizmlə məşğuldurlar. Hara gedirik, deyirlər ki, prezident qol çəkib, qoşun girib “zon”a. Əli İbrahimov yanvarın 1-nə qədər övladlarımızın harada olduğunu gizlətdi. Bu ən böyük qanunsuzluqdur. Əgər bir məhkum xəstələnərsə və ya başqa bir “zon”a, istintaq təcridxanasına köçürülərsə, mütləq onun yaxınlarına bu haqda məlumat verilməlidir. Özü ilə bərabər iş qovluğu da göndərilməlidir. Bizə deyirlər ki, övladlarınızı heç yerə göndərməmişik. İş qovluqlarını bizə göstərirlər. Deməli, övladlarımızın “Tubzon”a köçürülməsinin qanunsuz olduğunu özləri də bilirlər. Onları orada qeydiyyata salmadan saxlayırlar. Qanundankənar ora aparıb “press”ləyirlər, döyürlər. Bizə “Tubzon”dan xəbər gəlib ki, onları orada 1 həftə əl-ayaqları qandalda saxlayırlar, işgəncə verirlər. İşgəncə verənlərin adları da bizə məlumdur. Əgər övladlarımızın hər hansı bir günahı varsa, onları Bakı İstintaq Təcridxanasına, Şüvəlan istintaq təcridxanasına göndərsinlər. Onların xəstə məhkumlar üçün  müalicə müəssisəsində onların nə işi var? Sağlam adamı vərəmli xəstələrlə eyni yerdə saxlanılması sadəcə cinayətdir”.
Valideynlər bildiriblər ki, Prezident Adminstarsiyasında da olublar: “Bizi Prezident Adminstrasiyasından ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna göndərdilər. Orada dedilər ki, sizi İsa müəllim qəbul edəcək. Amma o da hər hansı bir konkret söz demədi. Qanunsuzluqlarla bağlı məlumat verdik, övladlarımızın “Tubzon”a göndərilməsinin səbəbini soruşduq. İsa müəllim cavab verə bilmədi. “Tubzon”a gələn İmran Tağızadənin maşının qarşısını kəsdik. Nizami yanında idi, dedi ki, övladlarınız bura 15 sutkalıq karserə gəliblər, biz də 15 gün əlavə etmişik. Onların yanında Qırmızı Xaç Komitəsinin Maksim adlı nümayəndəsi də vardı. O dedi ki, “vaşi sınovya jivı i zdarovı”. Maksimə də dedik ki, bizə övladlarımızı göstərin. Biz onların öldü-qaldısından məlumatsızıq”.
Valideynlər təhdid edildiklərini də açıqlayıblar: “Bizə Nizami, İmran müəllim deyir ki, qəzetlərə şikayət edirsiz, övladlarınızın vəziyyətini ağırlaşdırısız. Biz dərdimizi kimə deyək? Bizə açıq-aşkar deyirlər ki, övladlarınız bura qayıdacaq. Yəni onlar da Elşad Babayevin taleyini yaşaya bilərlər. Dekabrın 22-dən sonra 14 saylı cəzaçəkmə müəssisəsində namaz qılmaq qadağan olunub. Açıq deyirlər ki, dindar məhkumlar əfv üçün ərizə yazmadığına görə onlara qarşı amansız davranırlar. İmran müəllim məhkum Anarın anasına dedi ki, evinizə adam göndərdik ki, əfv üçün ərizə yazın. Niyə yazmadız?”
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, məhkum yaxınları ilə təmasda olmuş Maksim Zadaluyevlə əlaqə saxlayıb. M.Zadaluyev deyib ki, başçəkmələrlə əlaqədar 3-cü şəxslərə, mediaya məlumat vermək təmsil etdiyi qurumun mandatına uyğun deyil. Bununla belə M.Zadaluyev məhkumların yaxınlarının müraciətlərinə baxmağa hazır olduqlarını da açıqladı: “Bizim Azərbaycan höküməti ilə müqaviləmiz var və həmin müqavilə bizə saxlama yerlərinə baş çəkməyə, orada saxlanılan məhkumlarla, saxlanılan şəxslərlə görüşməyə imkan verir”.
M.Zadaluyev məhkum E.Babayevin 14 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi haqda məlumatlı olduqlarını, mətbuatı izlədiklərini də bildirdi. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova 11 məhkumun müalicə müəssisəsinə köçürülməsi haqda məlumatlı olduqlarını söylədi: “Beynəlxalq Qırmızı Xaç Komitəsi saxlama yerlərinə baş çəkir və saxlanılan şəxslərin ailələri ilə görüşür. Amma bu barədə ictimaiyyətə məlumat verilmir”.
İ.Hüseynovadan BQXK-nin Azərbaycandakı nümayəndəliyinin vərəmli olmayan məhkumların vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürülməsinə münasibətlərini də xəbər aldıq. İ.Hüseynova “şərh verə bilmərik” deyə bildirdi.
Previous Post

11 məhkuma Elşad Babayevin taleyi vəd olunub

Next Post

Azərbaycanda 16 dərəcə şaxta

Bənzər yazılar

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında...

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. Elchi.az xəbər verir ki, videoçarxda 8 Noyabrın Azərbaycan...

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

06 Noyabr 2026 - 23:05

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” əsərini ifa edərək ona yeni...

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...

Next Post

Azərbaycanda 16 dərəcə şaxta

Azərbaycanda 16 dərəcə şaxta

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.