1000-ə yaxın rusiyalı məhkum Ukraynada öldürüldü

56

İş adamı və “Putinin aşpazı” kimi tanınan Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukraynada döyüşmək üçün səmərəsiz məhkumlara bel bağlamaqda davam edir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
İnstitutun hesabatına görə, “Vaqner”in sıralarına cəlb olunmuş 1000-dək məhkum son iki ayda Ukraynadakı müharibədə öldürülüb:
“Bu da onu göstərir ki, “Vaqner”in Ukraynadakı qüvvələrinin əsasını məhbuslar təşkil edir”.