Alim Prof. Dr. Əziz Sancarın qardaşı Kənan Sancar və həyat yoldaşı Nezihe Sancar bir günün içində həyatını itirib.
Kimya üzrə Nobel mükafatı laureatı Prof. Dr. Əziz Sancarın qardaşı Kənan Sancarın həyat yoldaşı Nezihe Sancar noyabrın 1-də, Kənan Sancar isə noyabrın 2-də dünyasını dəyişib.
Elchi.az xəbər verir ki,bu barədə cütlüyün ölüm xəbərini Əziz Sancarın qardaşı qızı Ülkü Sancar sosial media hesabında paylaşıb.
Ülkü Sancar paylaşaraq, “Ruhumuz, çinarımız General Kənan Sancar və altmış illik ömür yoldaşı Nezihe Sancarın itkisinə görə çox kədərlənirik. Sizi sözünüzlə, ürəyinizlə yola salırıq. Ayrılmağı bilən insan zamanın içində yeri olmadığını anlayanda ən uca insandır.Allah rəhməti ilə əhatə etsin, Paşa” ifadələrini işlədib.
Şayəstə