"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əsrlərdir, axtarılan qədim Hunan şəhəri – FOTOLAR

06 Avqust 2015 - 13:54
in XƏBƏR LENTİ
FacebookVatsap
Əsrlərdir, axtarılan qədim Hunan şəhəri - FOTOLAR

Lap nağıllarımızdakı kimi, yeddi dağ aşdım, yeddi çeşmədən su içdim,  yeddi dərə adladım, təbiətin əsrarəngiz bir  möcüzəsi olan Yeddi Şəlaləni aşkar etdim. Bəlkə də inanmayacaqsınız, gözümlə gördüyümdən danışıram, bunların hərəsi bir- birindən gözəl, füsunkar idi. Biri 30 metrdən tökülürdü, başqa birisi 25 metrdən, digəri 10 metrdən – beləcə hərəsi bir ucalıqdan öz bərəkət nuruyla ana torpağa can atırdı. Sizə qədim Tovuzun Xınna dərəsi adlanan ərazisində rast gəldiyim bir təbiət möcüzəsindən danışıram. Ancaq… bu yerlər həm də tarixin – ulu və sirli-soraqlı tarixin böyük bir parçasını özündə yaşadır. Xınna dərəsindəki Abdal çayı boyunca uzanan bu şəlalələr Tovuzun Çoban sığnaq kəndinə yaxın ərazidə yerləşir. Həmin ərazidə yaşayan insanların belə varlığından xəbərsiz olduqları Yeddi Şəlaləyə olan marağım və heyranlığım məni əlçatmaz uçurumlara apardı. Çox cətinliklə dərələrdən adlayaraq, insan ayağı dəyməyən dolaylardan keçərək, dörd mərtəbəli nəhəng bir tikiliyə bənzəyən bu möhtəşəm təbiət əsəri ilə üz-üzə qaldım.
Yuxarıda bu yerlərin həm də tariximizin bir parçası olduğunu qeyd etmişdim. Bu qədim tarix isə həmişə və hər yerdə mənim düşüncələrimin, arzu və istəklərimin əsas nüvəsini təşkil edib. İllər öncə orta məktəbi bitirəndən sonra da mənim ixtisas seçimində bu heyranlığın böyük rolu oldu. Hələ Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığım illərdə qədim tariximizin şanlı səhifələrinin yadigarı olan, haqqında öyrənəndən sonra  beynimdən çıxmayan bir gizli şəhər barədə durmadan düşünürdüm. İçimdəki sonsuz həvəs məni inandırırdı ki, nə vaxtsa onun izinə düşə biləcəm. İllər keçdi, həyatın qayğıları başımı qatsa da, amma heç vaxt xəyallarımda yaşayan həmin  gizli şəhəri unutmamışdım. Beləcə, bu ilki gərgin işimdən sonra isti yay günlərində məzuniyyətimi alıb, üz tutdum, mənim üçün dünyanın ən gözəl yerlərindən biri olan Tovuza. Arzumu da özümlə apardım.
Neçə-neçə illər ərzində qədim tariximizin ən az öyrənilən səhifələrindən biri kimi, şanlı türk tayfalarından olan abdalların yaşadığı Hunan şəhərini Azərbaycanın hər yerində – dağında, daşında, obasında, oymağında gözüm axtarsa da, ürəyim sanki mənə bu tarixi məkanın Tovuz ərazisində yerləşdiyini söyləyirdi. Yanılmamışdım, keçən il xeyli çəkən axtarış və təhqiqatlardan sonra Abdal çayı sahilində Hunan şəhərini  aşkar etdim. Bu ilki səfərimdə isə həmin şəhərin dörd bir tərəfini gəzdim, Dünyanın cənnət qucağı olan bu ərazidə haqqında bəhs etdiyim həmin Yeddi Şəlalə möcüzəsini də gördüm.
Əvvəlcə bir az abdallar və sözügedən şəhər haqqında məlumat verək. Albaniyanın köklü sakinləri, ölkədə aparıcı rola malik olan abdallar tarixdə böyük iz qoymuş türkdilli tayfalardır. Təəssüf ki, Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər, amma həqiqət budur ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Çünki biz bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırıq. Başqa millətlərin nümayəndələri olan tarixçilər bizim tariximizə hansı təəssübkeşliklə yanaşa bilərlər ki? Nəticə məlumdur. Onların fərziyəsinə görə, albanlar əslində başqa bir dildə danışırdılar və guya sonradan türkləşmişdilər.
Bu fərziyyələr həqiqətən də gülüncdür. Həmin ərazilərdə, əsas etibarilə də Qarabağda hələ o zamanlardan alban məktəbləri açılıb. Özü də o məktəblər üçün qrammatika kitabı hazırlanıb. Türk dilində olan  həmin  kitablar bugünkü günümüzə qədər gəlib çatıb. Bunlar alban türkcəsində yazılmış kitabdırdır .
Haqqında bəhs etdiyimiz və tariximizin silinməz izlərini özündə yaşadan Tovuzun adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində Tavuş kimi qeyd olunub. Onu da qeyd edim ki, Xınna dərəsində Abdal çayının olduğunu hələ uşaqlıq illərindən bilirdim.
V əsrdə yaşamış Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri olan abdallardan danışarkən ,onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov Tanrısı” anlamında işlənib. Diqqət edin,  “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada albanlardan – türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından olan Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Dastandan da göründüyü kimi, bu iki türk xalqı arasında güclü rəqabət olduğu danılmaz faktdır.
Sonuncu aşkar etdiyim qədim Hunan şəhərində türkdilli alban qəbiləsi yaşayıb. Diqqətlə nəzər yetirərkən, 200 hektarlıq bir ərazidə qədim şəhər mədəniyyəti, yüzlərcə saray, yaşayış məskəni olmuş evlərin fundamenti torpağın altında açıqca görsənir. Bu ilki axtarışlarımda həmin şəhərdən 5 kilometr uzunluğunda Abdal çayına yolun düşdüyünü aşkar etdim. Yüzilliklər boyu sel-suları yuduğundan həmin yolun az bir hissəsi yararsız vəziyyətə düşsə də, yolun digər hissələri az qala işlək vəziyyətdədir. Bəzi yerlərdə hətta yolun eni 10 metrə çatır. Bu cür sıldırım qayalıqlarda deyilən keyfiyyətdə və ölçüdə yolun çəkilməsi hətta indiki dövrdə belə adama möcüzə kimi gəlir. Hunan şəhərində qalıqlarını aşkar etdiyimiz məbədin daha bir oxşarı da sıx meşəliklərin içərisində – qarşı duran dağın ətəyində yerləşir. Buradakı tikililərə nəzər yetirib,bir zamanların möhtəşəm bir məbədinin dağların başında qərar tutduğunu hiss etmək mümkündür.
Böyük Hun imperatoru Atilla Qafqaza səfər edərkən ona oxumaq üçün İncil veriblər. O isə üç gün oxuyub, dördüncü gün deyib ki, bu, çox gözəl kitabdır, ancaq bircə yanlışlığı var. Burda yazılıb ki, İsa Məsih Allahın oğludur. Ora yazın ki, İsa Məsih Tenqri xanın oğludur. Yəni  İsa Məsih türkün Allahının oğludur. Buradan aydın görünür ki, türk xristianlığı nə cür dərk eləyib. Mən “Atilla varisləri yurdunun açılmayan sirrləri” adlı yazımda abdallar, hunlar barəsində faktlarla, tarixi sənədlərlə məlumatlar vermişəm.
Bəzi mənbələrdə qeyd olunub ki, türk hökmdarı Atillanın ölümündən sonra onun  övladları öz düşmənlərindən məhz burada gizləniblər. Bu mövzuda araşdırmalarımız davam edir. Hazırda xeyli vaxtdır ki, qədim Hun türk tarixi və Hunan şəhəri haqqında tarixi roman işləyirəm.Hesab edirəm ki, bu araşdırmalardan sonra Azərbaycan tarixinin yeni bir səhifəsini açmağa müvəffəq olacağıq. Hər birimiz tutduğumuz vəzifədən, peşəmizdən asılı olmayaraq tarximizi yaşatmalı, qorumalıyıq.
Alban tarixini araşdıranda görürük ki, eramızın 510-cu ilində Albaniya dövləti Sasanilər imperiyası tərəfindən işğal olunub. IV əsrdən VII əsrə qədər Atropatenaya tabe olub. Albaniya dövləti təxminən min il ömür sürüb və ərəb işğalı nəticəsində VIII əsrdə süqut edib. Məhz həmin zaman kəsimində Xınna dərəsində Hunan şəhəri yerləşib. 830-cu ildə Babəkin başçılıq etdiyi ordunun ərəblərə qarşı ən şiddətli müqaviməti burada olub.
Sah İsmayıl Xətainin, İmadəddin Nəsiminin də abdal oldugu söylənilir. Hətta Şah İsmayılın özü də bir neçə şerində özünün  abdal olduğuna işarə edib:
Xətaiyəm, bir halam
Əlif üstündə dalam,
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam.
Cəlaləddin QASIMOV,
AYB-nin üzvü, 
M.Kaşqarı adına Beynəlxalq Fondin vitse-prezidenti







Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

 

Previous Post

Əsrlərdir, axtarılan qədim Hunan şəhəri – FOTOLAR

Next Post

ABŞ və Türkiyə Suriyanı yox, İŞİD-i vurur

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

ABŞ və Türkiyə Suriyanı yox, İŞİD-i vurur

ABŞ və Türkiyə Suriyanı yox, İŞİD-i vurur

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.