Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək.
Elchi.az xəbər verir ki, bunu Report-a Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur” – o, bildirib.
H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir:
“Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.
Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir:
“Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun donanması üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfəri çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə...





















Son şərhlər