ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlmək şansının yüksək olduğu qeyd edilir. Siyasətçi dəfələrlə bəyan edib ki, onun üçün əsas problem ABŞ-dakı daxili böhrandır, ikinci yerdə Çinə qarşı müxalifət dayanır. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl iddia edib ki, sağçı respublikaçılar hakimiyyətə gələrsə, ölkə ABŞ-ın hərbi dəstəyini itirsə, Kiyev uduzacaq.
Qeyd edək ki, bundan əvvəl Tramp yenidən Ukraynadakı münaqişəni bir günə həll edəcəyinə söz verib. Onun sözlərinə görə, 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısı seçiləcəyi təqdirdə bu məqsədinə nail olacaq.
Havar Şəfiyeva