Son günlər ərzaq məhsullarının bahalaşması mətbuatın gündəmindədir. Bu dəfə təkcə xaricdən idxal olunan məhsullarda deyil, yerli istehsalçı şirkətlərin məhsullarında da bahalaşma müşahidə edilir.
Bazar və marketlərdəki son durumu öyrənmək üçün paytaxtın “Neftçilər” metrostansityası yaxınlığındakı satış mərkəzlərinə baş çəkdik.
Mağazalarda alış-veriş edib, çıxan vətəndaşar arasında apardığımız rəy sorğusundan məlum oldu ki, alıcılar da qiymət artımının fərqindədirlər.
Alıcıların bir qismi ərzaq məhsullarının son iki gündə bahalaşdığını desələr də, bir qismi isə qiymətlərin əvvəlki qaydada olduğunu və heç bir bahalaşmanın müşahidə edilmədiyini bildirdilər.
Əminə adlı alıcı qeyd etdi ki, yumurtanın, şəkər tozunun, yağın, toyuq ətinin, pendirin qiymətlərində artım var. Həmsöhbətimin sözlərinə görə, əvvəllər toyuq ətini 2 manat 50 qəpiyə alırdısa, indi 3 manat 50 qəpiyə təklif olunur.
Digər bir alıcı isə bildirdi ki, gündəlik istifadə olunan ərzaq məhsullarında heç bir qiymət artımını müşahidə etməyib.
Qiymətlərlə bağlı vəziyyəti öyrənmək üçün biz də bir neçə marketə baş çəkdik.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...
İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...
Son şərhlər