"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Ərim yoxa çıxdı, məni qatil bilib həbs etdilər”

02 Dekabr 2015 - 06:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

“Türmə əhvalatı” layihəsi

 

Gülşən xanım mənə verdiyi sözün üstündə durdu. Zəng edib hal-əhval tutduqdan sonra məni dustaq həyatı yaşamış Ziba adlı bir qadınla görüşdürmək istədiyini dedi. İmkan tapıb özü haqda yazdığım yazılarda bəzi məqamlara iradını bildirmək də yadından çıxmadı:

 

– Sənə danışdığım bəzi hadisələrin üstündən keçibsən, yazmamısan,  niyə?
– Nə bilim, uzun və təkrar olacaqdı, həm də düşündüm ki, oxucular buna inanmaz. İstəmədim bilsinlər ki, belə nadan, qəddar, puldan ötrü bütün dəyərləri tapdaq altına alan insanlarımız var.

 

– Guya bilmirlər? Hamının vaxtı çatacaq…

 

Ziba ilə görüşmək üçün vaxtı və yeri dəqiqləşdirdik. Və səhəri gün deyilən yerə getdim. Gülsüm yox idi. Zibanı isə narahat duruşundan tanıdım. Yaxınlaşdım və özümü təqdim etdim.

 

– Səni tanıyacaqdım. Gülsüm müəllimə kompüterdə şəklini göstərmişdi. Özünün vaxtı olmadı. Qardaşı ailəsi ilə Türkiyəyə gedib, uşaqlara baxır, evdədir.

 

Ziba ilə rahat bir guşə tapıb oturduq. Bu qadın davranışı, özünü sərbəst aparması ilə heç də günahsız yerə həbs həyatı yatana oxşamırdı. Qadında az müşahidə olunan çevik hərəkətləri vardı. Sanki məni illər öncə tanıyırmış kimi aparırdı özünü. Sifətində çapıq vardı. Sol biləyinə “Turan” yazılmışdı. Baxışlarımı tutdu, əlini çevirdi, yazı görünmədi:

 

– Nəvəmin adıdır… Mən qazsız su içəcəm, – əlavə etdi.

 

Çantasından siqaret çıxardı, alışqan yarımçıq siqaret qutusunun içində idi. Dodaqları ilə siqaretin süzgəcini ehmal, incitmək istəmirmiş kimi tutdu, yandırıb tüstünü əvvəlcə içinə çəkdi, sonra isə bayıra üflədi.

 

Ərimi mən öldürməmişəm

 

– Ziba xanım, necə oldu həbs olundun, ərini necə öldürdün?

 

– Bu, çox acınacaqlı bir haldır. Mənim ərimin ölümü ilə bağlı həbs olunmağım iki nəsli bir-birinə düşmən etdi. İndi də bir-birimizin toyuna kədərlənir, qarğış edir, yasımıza sevinirik. Amma mən ərimi öldürmədim.

 

– Bəs, niyə belə oldu?

 

– Ərimin imkanları çox böyük idi. İş adamı idi. Müstəqilliyin ilk günlərində Ukraynadan vaqonlarla qənd, şəkər tozu gətirirdi. İşləri yaxşı gedirdi, qazancından cəbhəyə göndərirdi, əsgərlərə pal-paltar, silah-sursat alırdı. Onu tanıyırlar, hörmət edirdilər…

 

– Bəs, bu imkanların sahibinin ölümü niyə sənin adına yazılırdı?

 

– Mən hələ də bilmirəm bu necə oldu. Özündən soruşmaq gərəkdir, özü də ki haradadır, Allah bilir. Nə ölməsi bilindi, nə də qalması. Mən belə düşünürəm ki, o ölməyib, sağdır. Xalam qızına qoşulub, cəhənnəm olub…

 

Ziba başına gələnləri sakit, adi bir məişət hadisəsini danışırmış kimi nəql edirdi:

 

– Danışacam sənə, gəlmişəm ki, danışam. Bu, çox uzun söhbətdir.

 

Dəfələrlə onu ölümlə hədələmişdim

 

Axı ola bilməz, necə yəni adamın ölüm xəbəri yayılsın, özü də ölkəni tərk eləsin və bu haqda heç kəsin xəbəri olmasın? Zibanın nə danışacağı mənim üçün çox maraqlı idi, lakin səbirsizlik etdim:

 

– Bu, axı necə ola bilər? Əgər sən deyəndirsə, ərin həqiqətən ölkəni tərk edibsə, sərhəd xidmətində qeydə alınmalı idi axı. Axtarışa versələr, bilinəcəkdi.

 

– O vaxtlar sərhəd, demək olar ki, yox idi. 1992-ci ilin xaosu yadına düşmür? Müharibə gedirdi ölkədə. Hələ o vaxtlar Sovet pasportu qüvvədə idi. SSRİ-nin bu başından girib, o biri başından asanlıqla çıxmaq olurdu.

 

Bardaqdakı sudan içdi, yenidən siqaret yandırdı:

 

– Bunu lap sonralar çəkməyə başladım. İçəridə öyrəndim, yaxşı vərdiş deyil.

 

Ziba yerini bir qədər də rahatlayırmış kimi stulun üstündə ləngərlədi, söhbətinə davam etdi:

 

– Əslində, ərimin ölməsinə görə məndən şübhələnə bilərdilər. Onun qudurğanlığı, başqa qadınlara meyil salmağı məni o həddə çatdırmışdı ki, dəfələrlə onu ölümlə hədələmişdim. Azyaşlı qızımın, qayınlarımın, baldızımın, qayınanamın yanında olmuşdu belə söhbətlər. O isə məni inandırmaq istəyirdi, and-aman edirdi ki, mənə xəyanət etmir. Hətta xalam qızını onun yanında mühasib kimi işə götürməsini xahiş etmişdim. Xalamın qızı texnikum tələbəsi idi. Valideynləri rayonda yaşayırdı, kasıb idilər. O da mənə demişdi ki, Rəhmandan nahaq şübhələnirsən, o, sənə xəyanət etməz, bütün günü onun yanındayam.

 

Körpə idi, 18 yaşa təzə girmişdi, gözəl, yaraşıqlı qız idi. Rahat idim ki, Rəhman, heç olmasa, “qızım” dediyi bu uşaqdan utanar, ailəsinə sədaqətli olar. Xalam qızı bizimlə olurdu. Ev işlərində mənə kömək edirdi. Rəhmana deyirdim ki, biz harasa gedəndə onu da özümüzlə aparaq. Ərim onu çox istəyirdi. Bəzən yorğun olurdu. Dərs, iş, evdə mənə kömək etməsi və ən başlıcası da ərimlə aramızda olan dedi-qodu, dava-dalaş ona pis təsir edirdi. Bir gün Gülyaz, yəni xalam qızı, ayrıca ev tutub qalacağını dedi. Ona öyrəşmişdim, istəmirdim getsin. Heç yaş fərqimiz də çox deyildi. Məndən cəmi 8 yaş kiçik idi. O, mənim həm də rəfiqəm sayılırdı. Mane olmaq istədim, razılaşmadı. Rəhmana dedim, çalış, fikrindən daşındır. Dedi, cavan qızdır, bəlkə, biz onu sıxırıq, gəzməyə, evdə sərbəst olmağa can atır, amma alınmır. Qoy getsin, gözümüz onsuz da üstündədir… Kirayə ev tutmağa razı olmadıq. Biz şəhər kənarında olduğumuz üçün şəhərdəki birotaqlı evimizi ona verdik.

 

Beləcə günlərin bir günü Rəhman dedi ki, Gülyaz işə gəlmir, bir maraqlan. Evə getdim, yox idi. Şkafı axtardım, paltarlarını da götürüb getmişdi.

 

Rayonla əlaqə saxladıq, onlar da xəbərsiz idilər. Başımız Gülyaza qarışdı. Harada ola bilər? Rəhman da evdən soyumuşdu. İşi ilə bağlı Rusiyada, Ukraynada olurdu, evə gec-gec gəlirdi. Qızım atasız darıxırdı. Bilirdim ki, görüşdüyü var. Bir neçə dəfə də mübahisəmiz düşdü. Dedim, sən öl, səni öldürtdürərəm, izin-tozun da tapılmaz. Bunu qohum-əqrəba mənə irad tutdu. “Kişinin qazancı evdə, özü çöldə olar”, – dedilər. Cavan idik, o, məndən 7 yaş böyük idi. Günlərin bir günü səs-sorağı gəlmədi. Əvvəlcə çox dərinə getmədik ki, harada olsa, gələr, amma gəlmədi. Ofisinə getdik, boş idi. Binanın sahibi ilə görüşdük, dedi, buranı təhvil verib, yoxdur, özünə başqa yerdə ofis götürəcəyini deyib. Polisə xəbər verdik. İstintaq, araşdırma-filan, axır ki, dayandılar mənim üstümdə. Şahidlər də vardı. Mənim onu necə hədələdiyimi dedilər. Etiraf etdim ki, bu söz-söhbət olub. Hiss edirdim ki, kimlərsə onun öldüyünü sübuta yetirmək üçün çalışır, günahı da mənim boynuma yıxır. Ərimin ofisində yoxlanış aparıblar. Son günlərin gündəliyi tapılıb ki, evə getməyə qorxur, yoldaşım məni ölümlə hədələyir və sair. Xalam qızının yox olmasının da səbəbini məndə görürdü.

 

Beləliklə, bizim müstəntiqlər ərimin itməsini ölüm kimi sənədləşdirdi. Mən sifarişçi kimi həbs olundum. Dəfələrlə işgəncəyə məruz qaldım, istəyirdilər, muzdlu qatilin adını deyəm. İki ildən çox istintaq davam etdi, heç nə sübut olunmadı. Amma həbsdən yayına bilmədim: 29 yaşımda 8 il həbs cəzası aldım. İçəridə bir nəfərlə mübahisəm oldu, onun üzünə şırım atdım, 2 il də əlavə olundu. 40 yaşıma 6 ay qalmış azadlığa buraxıldım.

 

(Ardı var)

 

Previous Post

“Ərim yoxa çıxdı, məni qatil bilib həbs etdilər”

Next Post

Putindən şok qərar — Türkiyə sərhəddinə ordu göndərir

Bənzər yazılar

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Elchi.az  Rusiya mediasına istinadən xəbər...

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49

Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmiyə hücumla bağlı...

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna şəhərində keçiriləcək. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF)...

Next Post

Putindən şok qərar — Türkiyə sərhəddinə ordu göndərir

Putindən şok qərar — Türkiyə sərhəddinə ordu göndərir

Son xəbərlər

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.