Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstana dostluq mesajı göndərib. “Kathimerini” qəzetinə danışan Ərdoğan “Biz düşmənçilikləri bir kənara qoya bilərik” deyib. O, Türkiyə-Yunanıstan münasibətlərində yeni dövrə çağırıb.
Prezident xatırladıb ki, Türkiyədən bir həftə sonra, mayın 21-də Yunanıstana seçkiyə gedəcək.
“Biz Yunanıstanla düşmənçilik və rəqabəti bir kənara qoya bilərik”.
O, hərbi əməliyyatların hər iki ölkəni yorduğunu deyib.
O, iki ölkə arasında münasibətlərin yeni dövrün başlanğıcı olmasını arzuladığını bildirib.
“Türkiyədən Yunanıstana ən səmimi dostluq salamlarımı göndərirəm” dedi.
Prezident Ərdoğan Yunanıstanın baş naziri Miçotakisə də mesaj göndərib.
O, dostluğa çağırış edib, “Mitsotakis də mənim kimi təəssürat və hissləri saxlamalıdır. Sözünün üstündə durmalıdır”.
Nuranə Məmmədova