Türkiyədə 14 may prezident seçkiləri öncəsi daha bir sorğu keçirilib.
Elchi.az “Hürriyyət”ə istinadla xəbər verir ki, “Optimar” araşdırma mərkəzinin keçirdiyi son sorğuya görə, seçicilərin 47%-dən çoxu hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduğunu bildirib.
Ərdoğanın əsas rəqibi, “Altılı masa”nın vahid namizədi Kamal Kılıçdaroğluna isə respondentlərin 45,3%-i səs verəcəyini bildirib.
Sorğu 13-18 mart taarixində 1916 respindent arasında keçirilib. Qeyd edək ki, “Optimar” bundan öncə 2014 və 1018-ci il seçkiləri və 2017-ci il referendumu barədə dəqiq proqnoz vermişdi.
“Biz bacarmadıq, YAP bacardı – təbrik edirəm!”
"Xalqımızı, cənab Prezidenti, Birinci vitse-prezidenti, hörmətli sədr, sizi və Yeni Azərbaycan Partiyasından olan həmkarlarımı xüsusilə təbrik etmək istərdim. Biz həqiqətən...