Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə üzbəüz görüşmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Türkiyə lideri bu ay Hindistanda G20 sammitinin və Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının da keçiriləcəyinə baxmayaraq, sentyabrda danışıqlar aparmaq niyyətində olduğuna aydınlıq gətirib.
“Əgər bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”, – deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Ərdoğan administrasiyasındakı mənbə bildirib ki, Türkiyə prezidenti son telefon danışığında rusiyalı həmkarını Türkiyəyə dəvət edib. Hazırda onun sözlərinə görə, Putinin səfəri ilə bağlı məsələ müvafiq idarələr tərəfindən müzakirə olunur.
Havar Şəfiyeva