Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğan rəqibi Kamal Kılıçdaroğlunun canlı yayımda debata dəvətini rədd edib.
Elchi.az-ın Türkiyənin “BirGün” nəşrinə istinadən verdiyi məlumata görə, Ərdoğan Kılıçdaroğlu ilə televiziya debatına qatılmaq istəmədiyini, çünki bu durumun Kılıçdaroğlunu məşhurlaşdıracağını bildirib.
“Onlar bizimlə məşhur olmaq istəyirlər, amma bizim onları məşhur etmək kimi bir istəyimiz yoxdur”, – deyə Ərdoğan qeyd edib.
Yeganə