Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.
Elchi.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfər iyulun 19-da baş tutacaq.
Səfər çərçivəsində Ərdoğan İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşəcək. Liderlərin regional məsələləri müzakirə edəcəkləri gözlənilir.