Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələlərdən sonra Türkiyəyə göndərmək üçün köhnə avtomobilinə yüklədiyi əşyalarla yadda qalan azərbaycanlı Server Beşirli ilə görüşüb.
Prezident Rəcəb Tayyib Ərdoğan Adıyamandakı AFAD Koordinasiya Mərkəzində görüş keçirib.
Görüşdən sonra prezident Ərdoğan və MHP sədri Dövlət Baxçalı fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyəyə göndərmək üçün köhnə avtomobilinə yüklədiyi əşyaların sosial şəbəkədə paylaşılmasından sonra çoxlarının rəğbətini qazanan azərbaycanlı Server Beşirli ilə görüşüb.
Beşiri Adıyamanda axtarış-xilasetmə işlərində də fəal rol alıb.
Şayəstə