"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Ən böyük cihad

15 Sentyabr 2014 - 13:35
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Qabil ABBASOĞLU

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Oxu, balam…Oxu…Oxu…

Qabil-Abbasoglu-Birinci sinfə getdiyim günü indiki kimi xatırlayıram. Və yəqin ki bunu həmişə deyə biləcəm. O vaxt bu günün indi dərk etdiyim mənasını anlamırdım, təbii. Amma həyatımdakı yerini nəinki illər, hətta günlər belə ötdükcə daha çox anlayıram…

Bu yazıda bu gün məktəb qapısından keçən övladlarla danışmaq istəyirəm.

***

…Sən, əlbəttə, bu gün yay günlərinin rahat yuxusundan ayrılmağın əziyyətinin hayındasan. Sən isə, balaca, həm də ilk dəfə getdiyin məktəbin həyətindən tutmuş sinif otaqlarına qədər bütün yeniliklərə dörd gözlə baxırsan.

Bax, tanı, alış, öyrəş, öyrən…

Bu, məktəbdi. Burda günlər günlərin üstünə yığıldıqca sənin düşüncənin sərhədləri böyüyəcək. Həyatı tanıyacaqsan. Kitablar əlindən tutub addım-addım qabağa apardıqca yorulmağın var hələ. Hər addımın əziyyətli olacaq. Buranın sevinci də zəhmətə bükülüdü, balam…

Bu, məktəbdi. Burda səni dünyaya küsdürən şeylər də görəcəksən. Bir böyüyünün sənin gözündə çilik-çilik olmasının məyusluğu var qabaqda. Bir uğurun havasına özünü göylərdə hiss etməyin eşqi var…

Bu, məktəbdi. Burda könlünü güldürən, içini titrədən sevgiylə tanış olacaqsan. Yar olub yanında qalan da olacaq, yara olub könlündə yer eləyən də…

Bu, məktəbdi, balam, bax bu dəqiqə baxdığın o divarların, o pəncərələrin, o dəhlizlərin, o pilləkənlərin, o üzlərin, qulağını oxşayan o gülüşlərin şəkli bir ömür yaddaşından çıxmayacaq.

Səndən əvvəlkilər kimi, sən də öz müəllimini dünyanın ən yaxşı, ən sevimli, ən bilikli müəllimi sayacaqsan. Bir vaxt özündən sonrakılara danışanda, “indi hardadı o cür müəllimlər” deyəcəksən. Biz də elə demişik. Bizə də elə deyiblər. Bizə deyənlərə də…
Və belə deyənlərin hamısı haqlıdır. Çünki müəllim olmaq – elə ən yaxşı olmaq, ən sevimli, ən bilikli olmaq deməkdir.

Bütün bunların içində, yanında sənin bir işin var – Bilmək.

İçində böyüdüyün ailən var, cəmiyyətin var. Hər dəfə pisliklə rastlaşanda lənətlədiyin, küsdüyün, incidiyin cəmiyyət. Onun da yaralarını sarıyacaqsan. Elmlə, biliklə. Dünyada bütün canlılar özünü düşünə bilir. Ətrafını, cəmiyyətini düşünən, onun üçün şüurlu olaraq vuruşan, qəhrəman olan, ölən… canlı təkcə insandı.

Biri çıxacaq qarşına, rüşvət istəyəcək bir gün. Biri sənə özcə haqqını tanımayacaq. Biri gələcək, yolunun üstünə dikiləcək. Başqası sənin yerinə can atacaq. Sən onu düşünəcəksən, ona görə ağrıyacaqsan, təəssüf edəcəksən, o isə özünü düşünəcək, özü üçün çalışacaq, özünə işləyəcək. Qızma. Düşün. Anla. Tap. Sağalt…

Bilik – ən təsirli dərmandı.

Bilik – ən güclü silahdı.

Bilik – ən kamil dindi, ən böyük cihaddı.

İnanmaq yoxdu, öyrənmək var. Bilmək var!

Hazır reseptlərlə yaşamaq, hazır ehkamlara boyun əymək yoxdu. O cür yaşamaqda sən yoxsan… kimsə var, sən yoxsan. Kimsə, nəsə sənin əvəzindən heç nə etməyib, etməyəcək. Sən öz dünyanı özün quracaqsan.

Bu gün sən sinif otağındasan, universitet auditoriyasındasan. Hardasansa, məbəd oradı. Zamanı itirmə. Sonra tapa bilməyəcəksən…

Oxu, balam…

Oxu…

Oxu…

Bu yazını Turala, Xəzərə, Elnura, Toğrula, İlknura, Saraya, Ərtoğrula, Aytənə, Gülxara, Murada, Nigara, Ülkərə, Fidana, Türkaya, Aynura, Ərənə, Tunara, Turquta, Dumana, Cavidana, Günelə, Ramala, Ülviyə, Banıçiçəyə, İnqilaba, Nümunəyə, Çimnaza, Mehraca, Elgünə, Banuya, Aylinə… yazdım

Previous Post

Ən böyük cihad

Next Post

“Türkiyə vacib müdafiə sənayesi texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Türkiyə vacib müdafiə sənayesi texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır”

“Türkiyə vacib müdafiə sənayesi texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır”

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.