"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əmlak Komitəsi müəssisələrin əvvəl“üstü”nü, sonra da “altı”nı satır

06 İyun 2016 - 00:39
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Əmlak Komitəsi müəssisələrin əvvəl “üstü”nü, sonra da “altı”nı satır

Özəlləşdirmədə böyük yalan: Əmlak Komitəsi müəssisələrin əvvəl “üstü”nü, sonra da “altı”nı satır
Vüqar İsmayılov: “ƏMDK torpaqlarımızı ucuz qiymətə üçüncü adamlara ötürür”
Beş yüz müəssisədə səhmləri olan Vüqar İsmayılov Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) özəlləşdirmə prosesində apardığı siyasətdən narazıdır. Miq.az xəbər verir ki, AzToday.az internet qəzetinə danışan səhmdarın sözlərinə görə son illər kiçik səhmdarları sıradan çıxartmaq və malik olduqları əmlak payını əllərindən almaq üçün Komitədə yeni “planlar” işlənib-hazırlanıb. Xatırladaq ki, bir neçə il əvvəl özəlləşdirilən müəssisələrin ləğvi geniş vüsət almışdı, bəzi səhmdar cəmiyyətləri səhm-nəzarət paketi sahibinin arzusu və zoru ilə ləğv edildi, kiçik səhmdarlara müəssisədə malik olduqları səhmlər üzrə əmlak payı ödənməmiş qaldı. Sonradan bu işlərin məhkəmələrə daşındığını görüb daha asan yol seçiblər. İndi səhmdar cəmiyyətləri ləğv etməyə də ehtiyac qalmır, onların yerləşdikləri torpaqları hərracda satıb, müəssisələri “havada” buraxırlar. Cənab İsmayılovun sözlərinə görə, torpaq “oyunlar”ı ƏMDK-də qurulur və oradan da idarə olunur. Səhmdarın bu sahədə acı təcrübəsi var.
“Bakı Təmirtikinti”-nin 1,5 ha torpağı 59 minə “Delta Plus” şirkətinə ötürülüb
V.İsmayılov: “Səhmlərinin 10%-i məndə olan Binəqədidəki “Bakı Təmirtikinti” ASC-nin bir müddət əvvəl torpağını “Delta Plus LTD” şirkətinə satıblar. Orada 17 min ədəd səhmim vardı. Torpağı hərraca çıxarıb şirkətin adına rəsmiləşdiriblər. Biz bu qanunsuzluğa qarşı çıxdıq, hətta Ali Məhkəməyə qədər getdik, amma qərarlar onların xeyrinə oldu. Şirkətdən də dedilər ki, “torpaq artıq bizimdir, icarəyə veririk, siz istəmirsinizsə əmlakınızı götürüb aparın”. Əmlak tikililərdən ibarətdir, necə və hara aparaq? Torpağı satmadan əvvəl deyəndə ki, “yaxşı, belədirsə onda mənə düşən əmlak payımı ayırın”, eləmirlər. Çarəsiz qalıb səhmlərimi “su qiyməti”nə satdım. Bizə başqa variant qoymurlar, məcbur edib səhmlərimizi satdırırlar. Məhkəmələrdən bezmişik, odur ki, təklif etdikləri qiymətə də səhmlərimi satıram. Bacardığımızı satırıq, səhmlərini sata bilmədiyimiz müəssisələri onsuz da məhkəmə qaydasında ləğv etdirirlər. Torpaq başqasına ötürüləndən sonra həmin səhmlərin bir dəyəri qalmır, kağız parçasına çevrilir. Ən yaxşı halda nominal qiymətinə götürürlər, halbuki səhmlər hərraclarda güzəştli qiymətlərlə satılırdı və müəssisələrin dəyəri yüksək idi. Müəssisələrin səhmlərini 2006-cı ildən başlayaraq almışdım, 10 il ərzində ölkədə əmlakın qiyməti 2 min dəfə qalxıb, mən isə öz payımı köhnə qiymətə satmışam. Məhkəmə də ödənişin nominal qiymətlə edilməsi qərarı çıxarır, müəssisələrin dəyəri isə bunun qat-qat üstündədir. Bütün bu oyunlar Əmlak Komitəsində qurulur, birinci və sonuncu hadisə deyil və hamısında ssenari eynidir”.
 “Bakı Təmirtikinti” ASC-nin səhmlərinin 55%-i 2005-ci ildə hərracda, 30%-i isə 2012-ci ilin iyun ayında özəlləşdirilib. Sentyabr ayına çağırılan ümumi yığıncağının gündəliyində cari məsələlər dururdu. Sonradan ortaya çıxan protokolda qeyd olunduğuna görə guya “digər məsələ” adı ilə Əmlak Komitəsinin 2 saylı Ərazi İdarəsindən daxil olmuş məktub müzakirə edilib. Məktubda torpağın ya özəlləşdirməli, ya da icarəyə götürülməli olduğu qeyd edilirmiş. Səhmlərin 81%-nin sahibi olan Əhliman Əliyev pulunun olmadığını deyib torpağı özəlləşdirməkdən imtina edib. 1,5 ha torpaq sahəsi hərraca çıxarılanda səhmdarları xəbər tutublar ki, sən demə torpaqdan imtina barədə protokol yazıblar. Torpaq Əmlak Komitəsi tərəfindən 59 min manat dəyərləndirilib, hərraca çıxarılıb elə o qiymətə də “Delta Plus LTD” şirkətinə satılıb. Minoritar səhmdarlar Komitəni məhkəməyə verib, lakin məhkəmə iddialarını təmin etməyib, komitənin hərrac qərarını haqlı çıxardıb.
Yüksək çinli məmur səhmləri sahiblərindən 35 qəpiyə tutub alıb
Əslində proses bu qaydada baş verir: guya yığıncaqda səhmdarlar torpağın icarə və özəlləşdirilməsindən imtina edir, minoritar ortaqlarından qurtulmaq istəyən səhm-nəzarət paketi sahibləri də bu barədə saxta protokol hazırlayıb ƏMDK-yə təqdim edirlər və müəssisənin torpağı hərracda sənədlər üzərində üçüncü adamlara, əslində isə paket sahiblərinin ailə üzvləri və ya yaxın əqrabalarına “satılır”. Heç düzgün hərrac da keçirmirlər, torpaqlar təklif olunan start qiymətinə rəsmiləşdirilir. Və ən əsası isə bütün bunlar kiçik ortaqlardan gizli aparılır. Odur ki, hərraclarda alıcı da birdir, qiymət də. Halbuki elə bir yığıncaq olmayıb və minoritarlar torpaqdan imtina etməyiblər. Əksinə, belə məsələlər gündəmə atılanda minoritar səhmdarlar deyirlər ki, “paket sahibinin imkanı yoxdursa, biz “atışıb” torpağı hərracda özümüz alarıq” və bununla da müzakirələrə son qoyurlar. Amma qarşı tərəf öz əməllərini onlardan gizlin həyata keçrir. Səhmdar deyir ki, Əmlak Komitəsi burada fırıldaq edir, müəssisənin üstünü birinə, altını da başqasına satır. Sabahısı gün altdakının sahibi gəlib “üstdəki əmlakını boşalt, torpaq mənimdir”, deyir. Daşınmaz əmlakdır, maşın deyil ki, götürüb aparasınız. “Gəncədə “Yağ-Piy Zavodu”nda da eyni ssenarini tətbiq edərək torpağı səhmdarların əlindən çıxardıblar. Babək prospektində yüksək çinli məmura aid olduğu deyilən geniş əraziyə malik “Qazan Mexanika” ASC-də də oxşar proseslər baş verib, səhmdar xeyli mübarizə aparsa da axırda öz yanlarından ona bank hesabı açıb, hər səhmə 0,35 manatdan pul qoyublar. Bu səhmdar cəmiyyətlə bağlı hazırda Avropa Məhkəməsinə müraciət edib, qərarı gözləyirlər. Yəqin burada tərəflərdən biri komitə olduğuna görə iş beynəlxalq məhkəməyə qədər gedib çıxıb.
“Kapital Bank” əmlakından imtina edib doqquz milyona icarəyə götürür
Avtonəqliyyat-2” ASC səhmdarlarının başına da eyni oyunu gətiriblər. Səhm-nəzarət paketi “Bizim Marketlər” şəbəkəsinin ortağı Rasim Salmanova məxsus bu müəssisənin istifadəsində olan 4,5 ha torpaq sahəsi onların razılığı olmadan başqasına ötürülüb, hərracda iştirak etməyə cəhd göstərən minoritar səhmdarları isə əngəlləyib, min bir bəhanə ilə prosesdən uzaq saxlayıblar. Bütün bunlardan sonra tanınmış iş adamı səhmdarlarla əmlakını ayırmağa çalışdı və hətta ümumi yığıncaqda “ayırdı” da. Amma sonradan biz onun nəyi böldüyü sualını ortaya qoyanda, R.Salmanov anladı ki, “Maşın Bazarı”nda həqiqətən də köhnə tikililərdən başqa bölməli heç nə qalmayıb. Baxdı, bölməklə səhmdarları üzərinə qaldırır, onsuz da cəmiyyət sadəcə kağız üzərində mövcuddur, fiziki olaraq isə yoxdur, odur ki, prosesin üstündən keçdi. Heç nə olmamış kimi 2015-c ildə yenidən ümumi yığıncaq çağırdı. Adamlar mətbuatda yazılanları oxuyub “maariflənir”, öyrəndiklərini isə xoşməramlı olmayan məqsədlərinə istifadə edirlər. “Kapital Bank”ın da əmlakı bu şəkildə satılıb. Bankın əmlakından imtina edib, indi də baha qiymətə icarəyə götürüblər. Özlərinin dediklərinə görə icarə üçün illik 8-9 milyon manat xərcləyirlər. “Cəlilabad Avtonəqliyyat”, “Cəlilabad Şərab-1”, “Sumqayıt Avtomotoservis”, “Kürdəmir Təmir Tikinti”, “Kürdəmir İnşaat Sənaye”, “Ağdaş Təchizat”, “Azərkabel”, açıq səhmdar cəmiyyətlərində də istifadədə olan torpaqlardan oxşar qaydada imtina edilib. “Ağdaş Təchizat” ASC-nin 500 ha torpağından imtina edilməsi heç gündəlikdə olmayıb, onu sonradan gündəliyə salıblar. “Azərkabel”lə bağlı iş də məhkəməyə qədər gedib çıxıb, lakin torpaqdan imtinadan sonra onu majoritar səhmdar hərracda özü aldığına görə məhkəmə araşdırmasında bu, qanunsuz hesab olunub, müəssisənin torpağı geriyə – ASC-nin adına bərpa edilib. Ən son məlumata görə cəmiyyətin mülkiyyətində olan torpağı səhmdarlarının ümumi yığıncağının qərarı ilə həmin adama yenidən satmaq istəyirdilər.
“Cənub Mehmanxanası”nın qırx milyonluq əmlakı min dəfə ucuz satılıb
V.İsmayılovun “Cənub Mehmanxanası” ASC-də də səhmləri var, orada da oxşar hiylə eləmişdilər. Müəssisənin “Sahil” Metrostansiyası ilə üzbəüzdə Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 31 ünvandakı istifadəsində olan 1322,54 kv/m torpağını səhmdarlarından gizli 38 618 manata üçüncü adamlara satdılar. Səhmdarları torpağı 40 milyona dəyərləndirirdilər. Cənubun qəzet elanında müəssisənin adresi, torpaq sahəsi, torpağın satış qiymətinin üzərində ştrixlər vurulmuşdu ki, oxunmasın. Elanı “Mülkiyyət” qəzetinin elektron versiyasında ünvanla tapa bildik. Onsuz da obyektlərin adı qrafasında müəssisələrin adını yazmır, “qeyri-yaşayış sahəsi” kimi qeyd edirlər. O zaman hərracın keçirildiyi vaxtı da elanla dekabrın 3-dən dekabrın 9-na dəyişmişdilər. Bunu ortaya çıxartdıq, amma torpaq artıq başqalarının əlinə keçmişdi. Qanunsuz etdiklərindən növbənöv hiyləyə əl atmağa ehtiyac duyurlar, qanuni eləmiş olsalar xəlvəti satmazlar.
Ən son hadisələr “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-də cərəyan edir. V.İsmayılov burada səhm-nəzarət paketi sahibi Əvəz Əhmədovdan sonra ikinci böyük pay sahibi sayılır, onun müəssisədə 40 min səhmi var, payının 2%-dən çox olduğunu deyir. V.İsmayılov: “Mənimlə bərabər Cümalıyev Rafiqin də bir o qədər səhmi var. İndiyə qədər məhkəməyə müraciət etməmişdim, çünki onların əmlak bölmək barədə qurduqları teatra inanmır, zarafat etdiklərini düşünürdüm, bu qədər qanunsuzluğa yol verəcəklərini proqnozlaşdırmamışdıq. Çünki, “Sabunçu İXB” ASC-nin ümumi yığıncağında minoritar səhmdarlar dedilər ki, biz torpağı alıb ASC-yə pay kimi bağışlayırıq. Bununla da torpaq mövzusuna son qoyulmuşdu. Sonradan eşidirik ki, torpaq hərraca çıxarılıb, başqasına satılıb. İclasdan az sonra söküblər. Halbuki iclasların heç birində torpaqdan imtina edilməyib. Vergilər Nazirliyi bölünməni qəbul etməyib, məhkəmə də nazirliyin qərarını doğru sayıb. Anlamadığım budur ki, bəs QKDK hansı əsasla müəssisənin nizamnamə kapitalını azaldaraq başqa adla qeydiyyata alıb, ƏMDK torpağı nə deyə özəlləşdirib? Bu müəssisənin paketi ya Naxçıvan daxili işlər nazirinin özünündür, ya da qardaşı Əvəz Əhmədovun. Sənəddə Əvəz Əhmədovun adı yazılır, amma sahibi kimi qardaşının adı hallanır. Prezident yeni müəssisələr açılması barədə sərəncamlar verir, iş yerləri yaradır, bunlar isə neft kəmərlərinə xidmət edən bir müəssisəni iflic vəziyyətə salıblar. Söküb yerində 17 hündürmərtəbə bina tikirlər. Naxçıvanın daxili işlər nazirinin qardaşı nə səhm alır, nə satın deyir, müəssisəni özbaşına dağıdıb, “biz işimizi Əmlak Komitəsi ilə görmüşük”, deyir”.
Torpaq özgənindirsə, Əhmədov orada hansı sifətdə tikinti aparır?
Burada sual yaranır ki, əgər torpaq sahəsi başqasına satılıbsa, necə olur ki, Ə.Əhmədovun “TEMA” adlı MTK-sı orada binalar tikir? Səhmdar da deyir ki, torpaq başqasına satılmayıb, Ə.Əhmədovun özünün yaxın bir adamının adına keçirilib, indi də rahat şəkildə orada tikinti işlərini aparacaq: “Komitəyə dəfələrlə müraciət etmişəm ki, payçısı olduğum cəmiyyətlərin torpağını gətirib mənə satsınlar, onların rəsmi satdıqları qiymətdən baha mən alıram, amma heç vaxt bunu eləmirlər. 1,5 ha torpağı ikiotaqlı bir mənzilin qiymətinə satıblar. Gedək görək Komitə o yeri bizə 200 min manata verərmi? Paket sahibi ilə Komitə arasında qalmışıq: Komitədən deyirlər ki, “majoritar səhmdarları yola versin”, bu tərəf isə deyir ki, “biz Əmlak Komitəsi ilə hesablaşmışıq”. Artıq üçüncü özəlləşmə proqramına start verilir, xarici investorların cəlbindən danışırlar, burada Azərbaycana inam məsələsi həll olunur. Bir müəssisədə 2% sahibi olan mən səhmdarın hüququ qorunmursa, xaricdən hansı investor gəlib burada sərmayə yatıracaq? Və bu “imicin” yaranmasının başında da Kərəm Həsənov durur…”.
Previous Post

Əmlak Komitəsi müəssisələrin əvvəl“üstü”nü, sonra da “altı”nı satır

Next Post

Merkelin çirkin `soyqırım` planı – Gizli məqamlar

Bənzər yazılar

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26

"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib. Elchi.az -ın  məlumatına görə, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul...

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24

ABŞ Ukrayna tərəfi ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb. Elchi.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald...

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

Next Post

Merkelin çirkin `soyqırım` planı – Gizli məqamlar

Merkelin çirkin `soyqırım` planı – Gizli məqamlar

Son xəbərlər

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.