"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

” Əli Kərimlinin Xədicə İsmayıl qədər hörməti yoxdur”

06 Yanvar 2015 - 20:22
in SİYASƏT MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının mətbuata vediyi müsahibəsi10833941_557061314424415_1441591862_n

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

” Çalışacağıq ki, noyabr da keçirilən parlament seçkilərində BAXCP parlamentin ən çox yer qazanan müxalifət partiyasi olsun.

Əbülfəz Elçibəydən sonra Əli Kərimlinin yanında “matros” Faiqdən başqa heç kim qalmayıb. Başında olan 5-10 gənc də vaxtı gələndə onun kim olduğunu bilib, düşərgəni tərk edəcək”

-Niyaməddin bəy, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2015-ci illə bağlı hədəfləri, planları nədən ibarətdir?
-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2015-ci ildəki planları və gördüyü işlərlə bağlı deyə bilərəm ki, partiyamızı bu il daha böyük uğurlar gözləyir. Bütün fəaliyyətimizi bu istiqamətdə aparacağıq. Maksimum dərəcədə çalışacağıq ki, noyabr da keçirilən parlament seçkilərində BAXCP parlamentin ən çox yer qazanan müxalifət partiyasi olsun. Bunun üçün partiyamızın kifayət qədər potensialı da var. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərin nufuzu imkan verir ki, daha çox mandat qazanaq. Həmçinin partiya kimi həm daxili siyasətə, həm də partiyamızın beynəlxalq təşkilatlarda təmsil olunmaq səylərini artıracağıq. Bu istiqamətdə partıyamızın lideri, millət vəkili Qüdrət Həsənquliyevin indiyə qədər gördüyü xeyli işlər var. Keçən il bu yönümdə ciddi işlər aparıb. Düşünürəm ki, bu il BAXCP daha böyük uğurlara imza ata biləcək. BAXCP 2014-cü il bələdiyyə seçkilərindən dərhal sonra cari ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıq işlərinə start verib. Bilirsiniz ki, BAXCP-nin son bələdiyyə seçkilərində 300-ə yaxın namizədi olub və artıq demək olar ki, 100-dən artıq BAXCP namizədi seçilən lider namizədlər arasında qərarlaşıb. Hazırda Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrini gözləyirik. Bələdiyyə seçilənlər arasından partiya sədrinin müavini vəzifəsini daşıyan şəxslər də var. Artıq 4 dəfədir ki, bələdiyyə seçkilərində uğur qazanıram. Özüm də noyabr seçkilərində parlament seçkilərinə qatılacam. Bu artıq mənim parlament seçkilərində üçüncü seçkim olacaq. Sonuncu parlament seçkilərində ikinci yeri tutmuşdum. Demək olarki böyük bir seçki təcrübəm var. Və yaşadığım ərazinin seçiçiləri məni kifayət qədər tanıyır.
-Partiya parlament seçkilərində müstəqil şəkildə, yoxsa hər hansı bir partiya ilə əməkdaşlıq formasında iştirak edəcək?
-2010-cu il parlament seçkilərində BAXCP blok şəkilində seçkiyə qatılmışdı. Vətəndaş Həmrəyliyi, Ədalət, Böyük Quruluş və Təkamül Partiyasının birgə seçki bloku olan “İslahatcı” seçki bloku ilə seçkiyə qatılmışdıq. Bu blokun birgə yenidən seçkiyə getməsi ilə bağlı indidən hər hansı bir fikir bildirmək, məncə tezdir. Bu və başqa bir formatda seçkiyə qatılmağımız zamanın işidir. BAXCP 2007-ci ildə və 2011-ci ildə 4 partiyanın VHP, Ədalət, BAXCP və BQP-nin birgə hazirladığı “Konstitutsiya islahatları haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib. Qanunda parlament seçkilərində birmandatlı seçki dairəsi ilə yanaşı, proporsional seçki sisteminin bərpası və Milli Məclis üzvülərinin sayının artırılması, seçkidə qalib gəlmiş partiyanın höküməti formlaşdırmasına qədər dəyişidirilməsi təklif edilib. Məncə, ölkədə çoxpartiyalı sistemi inkişaf etdirməyin ən yaxşı yolu budur. Demək olar ki, artıq keçmiş SSRİ-nin 15 respublikasından yalnız Azərbaycan və bir neçə ölkədə proporsional seçki sistemi yoxdur. BAXCP uzun illərdi ki, bu təşəbbüslə çıxış edir…
-Ümumilikdə, partiya olaraq 2015-ci illə bağlı gözləntiləriniz nədən ibarətdir. Bu il, müxalifət, xüsusilə bu düşərgənin radikal qanadı üçün nə dərəcədə uğurlu və ya uğursuz olacaq?
-Düşünürəm ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar siyasi cameənin radikal hissəsindən Azərbaycan hakmiyyətinə qarşı təzyiq kimi istifadə etməyə çalışacaq. Son 20 il seçkisində bu özünü acıq şəkildə göstərib. Uzun illər bir-birini təhqir edən, öz mətbuat orqanında ən aşağılayıcı fikirləri yazan və yazdıran Əli Kərimli mümkündür ki, yenidən Müsavat Partiyası ilə “qardaşlaşsın”. Son parlament seçkilərinin hamısında bu baş verib. Bu Əli Kərimli və ya İsa Qəmbərin təşəbbüsü olmayıb. Bunu həmin adamlara birbaşa beynəlxalq təşkilatlar məcbur edib. Onlar da heç bir etiraz etmədən bu addımı atıblar. Gözlənilir ki, bu il keçiriləcək seçkidə tarix təkarar olunsun. Ancaq mənim şəxsi qənaətim odur ki, Azərbaycan cəmiyyəti heç bir halda radikal siyasəti aparan bu şəxslərə ciddi dəstək verməyəcək. Bu düşərgə daha böyük itkilərlə seçkidən ayrılacaq. Son bələdiyyə seçkilərində Əli Kərimlinin partiyasından 100 nəfər namizəd verə bilmədi. Çünki bunun üçün kifayət qədər yerlərdə təmsilçilərin və bölgələrdə ciddi dəstəyin olmalıdır. Kim Əli Kərimlinin partiyasından namizəd olmağa razılıq verər? Özünə hörmət edən və gələcəyini düşünən şəxs Əli Kərimlinin partiyasında qalmaz və neçə ki, Əbülfəz Elçibəydən sonra Əli Kərimlinin yanında “matros” Faiqdən başqa heç kim qalmayıb. Başında olan 5-10 gənc də vaxtı gələndə onun kim olduğunu bilib, düşərgəni tərk edəcək..
-Bir qayda olaraq seçki ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa cəhdlər edilir. Parlament seçkiləri ərəfəsində belə bir prosesin baş verməsi mümkün görünə bilərmi?
-Bəli, mümkün hesab edirəm. Bu gün Azərbaycanın milli maraqlarını sevməyən bir çox təşkilatlar və dövlətlər var. Onlar istəmirlər ki, Azərbaycan prezidenti cənab İlham Əliyev müstəqil dövlət siyasətini aparsın. Onlar Azərbaycan dövlətini bu cür görmək istəmirlər. 2013-cü il prezident seçkilərində Rusiya acıq şəkildə Rüstəm İbrahimbəyovu ortalığa atmaqla Azərbaycan hakmiyyətinə “təzyiq” etmək yolunu seçdi. Ancaq sonda gördülər ki, bu yolla ciddi bir uğur qazana bilməyəcək. Hətta radikal müxalifətdən dəstək almalarına baxmayaraq Azərabycan xalqından kifayət qədər dəstək ala bilmədilər. Sonda geri çəkildilər. Noyabr seçkilərində də Qərbin belə bir təşəbbüsdə bulunmasını gözləmək olar. Bir məqamı diqqətinizə çatdırım, son 20 ildən artıqdır ki, Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Eldar Namazov və digərləri bütün çıxışlarında bəyan edirlər ki, onlar Qərbyönümlü siyasətçilərdir və Azərbaycanın gələcəyini də Qərbdə görürlər. Ancaq adi bir jurnalist Xədicə İsmayılın həbsi onu göstərdi ki, sən demə, Qərbin siyasi dairələrinin Xədicə İsmayıla verdiyi dəyərin heç birini nə Əli Kərimliyə, nə İsa Qəmbərə, nə Rəsul Quliyevə, nə də Eldar Namazova verir . Bu adamların heç birinin Xədicə İsmayıl qədər hörməti yox imiş.

Previous Post

” Əli Kərimlinin Xədicə İsmayıl qədər hörməti yoxdur”

Next Post

Bakıda yük avtomobilləri nəzarətə götürülür

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Bakıda yük avtomobilləri nəzarətə götürülür

Bakıda yük avtomobilləri nəzarətə götürülür

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.