"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əli Abbasovun suçu nə… – yenə dövlətə kələk gəlib…

27 Oktyabr 2016 - 09:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Əli Abbasovun suçu nə... - yenə dövlətə kələk gəlib...   “Evimdəyəm” deyən sabiq nazir haqda şok xəbərlər; Barəsində cinayət işi açılması barədə xəbəri təkzib edən sabiq nazir özünə niyə vəkil tutub?; vaxtilə iqtidarda ən fağır nazir kimi tanınsa da, Əli Abbasov vurduğu ziyanı ödəmək istəməyib, üstəlik mülklərini gizli satışa çıxarıb

Ötən ilin noyabr ayının  13-də prezident İlham Əliyevin sərəncamı ilə işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işi açılıb. “Trend”in məlumatına görə, sabiq nazirlə bərabər nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlanıb.  
Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.
Milli Təhlükəsizlik Nazirliyində kök salmış cinayətkar dəstə ifşa olunduqdan dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ən yaxın adamlarının həbsi 11 ildir nazir kürsüsündə oturan Ə.Abbasovun da sonunu gətirdi. Məlum oldu ki, nazirlikdə  telefon danışıqlarının MTN tərəfindən qanunsuz dinləmələrinə xüsusi şərait  yaradılıb, Eldar Mahmudovun yaxın adamları və qohumlarından ibarət  “rabitəçi çetesi” külli miqdarda dövlət əmlakını mənimsəyib.  
MTN-dəki general mafiyasının  fəaliyyəti üçün lazımi texniki dəstəyi göstərən rabitəçilər, üstəlik, hər ay Eldar Mahmudova  10 milyon manat “xərac” da ödəyiblər ki, bunu da  dövlətdən oğurlayaraq, həyata keçiriblər.
Image result for xərac
Yoxlamaların ilk günlərində Ə.Abbasov israrla həm özünü, həm də yaxın adamlarını müdafiə edirdi. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov başda olmaqla, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov kimi yüksək vəzifəli şəxslər həbs olunduqdan sonra isə Ə.Abbasov susmağa üstünlük verdi.
2015-ci ilin noyabr ayının 13-də işdən çıxarıldıqdan sonrakı günlərdə isə o, bütün məsuliyyəti həbs edilənlərin üzərinə “yükləməklə” Şüvəlanda yerləşən bağ evinə qapandı.  Xəbərlər vardı ki, hələ o zamandan sabiq nazir haqda “heç yerə getməmək” barədə qətimkan tədbiri seçilib, nazirlikdəki korrupsiya faktları və MTN-in həyata keçirdiyi gizli dinləmələrlə bağlı bir neçə dəfə istintaqda ifadə də verib.
Image result for Milli təhlükəsizlik nazirliyi
10-dək ən yaxın kadrı  korrupsiya ittihamı ilə həbsdə olan Ə.Abbasov tezliklə “müdafiə taktikasını” dəyişdi, hücuma keçdi. Bütün mənimsəmə sənədlərində imzası və ya razılığı olan Ə.Abbasov ən yaxın adamı olan V.Zeynalovun “onu satmasını” şantaj kimi qiymətləndirdi.  Dövlət başçısı İlham Əliyev nazirlikdəki korrupsiya faktını “ vicdansızlıq və xəyanət” kimi qiymətləndirdikdən sonra  YAP-ın Siyasi Şurasından səs-küysüz uzaqlaşdırılan  Ə.Abbasovu  Azərbaycan Dövlət İqtisad Universitetində rəhbəri olduğu kafedra müdirliyindən də çıxardılar.  
Respublika Prokurorluğu 10 ay davam edən istintaqdan sonra “rabitə çetesi”nin işini yekunlaşdıraraq bu ayın əvvəlində  məhkəməyə göndərib. Məhz bu ərəfədə Ə.Abbasov barəsində cinayət işinin açılması barədə yayılan xəbər dərhal elektron mediada günün manşetinə çevrilib. 
 
Image result for Rabitə nazirliyi
Hakimiyyətə yaxın  “Trend” agentliyinin məlumatından sonra isə Ə.Abbasov APA-ya qısa açıqlama verib. Sabiq nazir  deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.  O, hazırda evində olduğunu da əlavə edib.
Ə.Abbasovun açıqlaması  əslində daha çox cinayət işinin açılmasının  deyil, həbs edilmədiyinin təkzibidir. Ə.Abbasovun həbs edildiyini heç kim iddia etməyib və o həqiqətən də evindədir. Üstəlik, onun xəstəliklə bağlı müraciətinə baxmayaraq, bir ilə yaxındır ki, ölkədən kənara buraxmırlar.
Image result for Əli Abbasov
Daha maraqlı bir məqam Ə.Abbasovun özünə vəkil tutmasıdır. Cinayət işi barədə xəbəri ilk təkzib edən də onun vəkili Kamandar Nəsibov olub: “Bu yalan və əsassız xəbərdir. Arxasında hansısa maraqlar dayanır. Əli Abbasov barəsində cinayət işi yoxdur”, deyən, vəkil təəssüf ki, niyə sabiq nazirlə müqavilə bağladığını açıqlamayıb. Məntiqlə heç bir cinayətdə suçlanmayan, istintaqa çağırılmayan  Ə.Abbasovun vəkilə ehtiyacı olmamalıdır.
“Yeni Müsavat”ın məlumatına görə,  Ə.Abbasov işdən çıxarılandan bir müddət sonra vəkillərlə (başqa vəkillər də var) müqavilə bağlayıb. Onun əmlak işləri üzrə də vəkili olduğu iddia edilir. 
Ə.Abbasovun vəkilinin  “hansısa  maraqlar” ifadəsi də diqqət çəkir. 11 aydır nəzarət altında saxlanılan Ə.Abbasov  iqtidarda ən fağır nazir kimi tanınıb. Onun nazir olduğu dövrdə iqtidardan kimlərləsə çəkişməsi barədə məlumat olmayıb. “Fağır nazir” “xəyanət  və vicdansızlıq” ittihamı ilə  kürsüsündən atılıb və yalnız bu əməllərinə görə hədəf ola bilər.
Məlumatlar var ki, işdən çıxarılandan sonra “özündən başqa hamını satan” sabiq nazir dövlətə vurduğu ziyanı ödəmək istəmədiyi üçün cəzalandırılır.  Belə ki, həbsdə olanlar, xüsusilə “sağ əli” Vidadi Zeynalov mənimsənilən vəsaitin (söhbət 100 milyonlardan gedir) böyük hissəsinin sabiq nazirə çatdığını bildirib. Ə.Abbasova ölkədən çıxış qadağası qoyduqdan sonra ondan mənimsənilən pulları  geri qaytarmaq tələb olunub. Ə.Abbasov əvvəl razılaşsa da, sonradan “mən müəllim adamam” deyib  dövlətə vurduğu ziyanı ödəməkdən imtina edib. İddia olunur ki, Ə.Abbasov, üstəlik, Bakıdakı mülklərini də  başqa adamların adı ilə satışa çıxarıb. Sabiq nazir əvvəl  metronun “Gənclik” stansiyası yaxınlığındakı – “Zivella” mağazasının arxasındakı vaxtilə bir orta ranqlı iş adamından dəyərindən 10 dəfə az qiymətə aldığı 12 sot ərazini satıb. Həmin mülk Ə.Abbasovun Eldar adlı oğlunun adına olub. Dəyərindən az – 1,5 milyon manata satılan torpaq sahəsi Ə.Abbasovun yeganə mülkü deyil.
Image result for 1,5 milyon manat
Bundan başqa, o, Bilgəhdəki bağ evini, şəhərin mərkəzindəki bir neçə obyektini də satıb. Dövlətin milyonlarını talayaraq əldə etdiyi mülkləri satıb nağd pula çevirmək istəyi sabiq nazirin ziyanı ödəmək niyyəti kimi izah oluna bilər. Amma  iddia olunur ki, sabiq nazirin alqı-satqını maksimim məxfi həyata keçirmək istəyi şübhələrə səbəb olub. Qaynağımız deyib ki, oğlunun adına olan torpaq sahəsini satarkən alıcıya rəsmi sənədləşməni sonraya saxlayıb,  “centlmen razılaşma” təklif olunub. Alıcı isə buna razı olmayıb.
 
Xəbərlərə görə, Ə.Abbasov  həbsdə olan aparat rəhbəri ilə yan-yana tikdirdiyi villanı satışa çıxara bilməyib, çünki mülkün üzərində həbs qərarı var. 
Ə.Abbasovla bağlı xəbərlərə daha  bir mühüm  detalı əlavə  edək. Srağagün rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında yenidən Ə.Abbasovun rəhbərlik etdiyi vaxtda baş verən korrupsiya faktlarından danışıb, nazirliyə milyonlarla zərər vurulduğunu xatırladıb. Kollegiya iclasının səhəri isə sabiq nazirə cinayət işi açılması xəbəri yayılıb.
 
Ə.Abbasov evindədir, amma onun rahat olduğuna və tezliklə həbs olunmayacağına  heç bir zəmanət yoxdur. Hadisələrin gedişi belə düşünməyə əsas verir…
Previous Post

Əli Abbasovun suçu nə… – yenə dövlətə kələk gəlib…

Next Post

Bu gün hava necə olacaq?

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.