"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Ələtdə yeni paytaxt salınır – təfsilatlar

10 Oktyabr 2014 - 10:32
in GÜNDƏM
FacebookVatsap

Prezident Əliyevin yeni dev-projesi; Hökumət ilkin olaraq bu proyektin gerçəkləşməsi üçün 20 milyard manat vəsait ayırmağı planlaşdırıb; dövlət qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabineti, Milli Məclis, diplomatik nümayəndəliklər və s. Ələtə köçürüləcək 

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

1Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın,  şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara-yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yolları bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir.
Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir.
Məlumdur ki, “Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir ki, plana əsasən, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Bu proses hüquqi baxımdan vaxt aparsa da, məlumata görə, hakimiyyət paytaxtın köçürülməsi ilə bağlı ciddi düşünür və bu istiqamətdə bəzi müzakirələr intensivləşib.
“Yeni Müsavat”ın xəbərinə görə, hökumət yeni paytaxt üçün yer də seçib. Bu, Ələt ərazisindəki geniş dağətəyi sahədir. Hacıqabul yolunun Nəvai hissəsinə (Qazax istiqamətinə gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq  idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki apardıqdan sonra   obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurdu…
Qaynağımız deyib ki, yeni paytaxtın salınması artıq əsas müzakirə mərhələsini keçib və prezident səviyyəsində bu layihə dəstək qazanıb. İddia var ki, bu, əslində İlham Əliyevin özünün layihəsidir. Alternativ variantlar arasında (İsmayıllı, Qəbələ, Göyçay) Ələt-Nəvai istiqaməti seçilib və artıq bu dev-projenin gerçəkləşməsi üçün ilkin 20 milyard manat vəsait ayırmağa da  razılıq  verilib. Bugünlərdə Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin istifadəyə verilməsini hökumətin yeni paytaxtın salınacağının anonsu hesab edənlər də var. Eyni zamanda artıq ictimaiyyətə məlumdur ki, beynəlxalq hava limanı da inşa ediləcək.
Yeni paytaxt ilk növbədə Bakının əhali yükünü xeyli dərəcədə, ən azı 1 milyon nəfər yüngülləşdirməyə kömək edəcək. Dövlət qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabineti, Milli Məclis, diplomatik nümayəndəliklər, ali və orta təhsil məktəblərinin bəziləri, həbsxanalar yeni paytaxta köçürülməli, Bakı isə ölkənin əsas sənaye və ticarət mərkəzi kimi qalmalıdır. Hökumətin ilkin hesablamalarına görə, paytaxt köçürülsə, Bakının əhali yükünü ən azı 1 milyon nəfər, avtomobil yükünü isə 100 minlərlə yüngülləşdirmək mümkün olacaq. Məlumatda o da deyilir ki, yeni paytaxtla Bakı arasında əlaqələrin qurulması üçün ilk növbədə sürət qatarlarının olması vacibdir ki, hökumət bu istiqamətdə də xarici şirkətlərlə danışıqlara başlayıb. Bunun üçün sürət qatarlarının çəkilməsi planlaşdırılır ki, bu da “köhnə və yeni paytaxtlar” arasındakı məsafəni 20 dəqiqə edəcək. Prezidentin xüsusi diqqətində olan bu proyektin gerçəkləşməsi 2015-ci ilin sonuna yaxın başlamalıdır. Əgər bu proyekt gerçəkləşərsə, prezident Azərbaycanın müasir tarixində adını yeni bir səhifəyə yazmış olacaq.
Yeri gəlmişkən, yaxın qonşularımız da paytaxtların yükünün azaldılması praktikasından geniş istifadə ediblər. 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.
Musavat.com

 

Previous Post

Ələtdə yeni paytaxt salınır – təfsilatlar

Next Post

Bakıda maska taxmış avtomatlılar marketi partlatı

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post

Bakıda maska taxmış avtomatlılar marketi partlatı

Bakıda polkovnikin vəzifəli xanımı vətəndaşları aldadaraq, böyük məbləğdə pullarını mənimsəyib - fırıldaq

Son xəbərlər

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.