“İkinci turda keçirilən prezident seçkilərində Türkiyənin hazırki prezidenti Rəcəb Tayyıb Ərdoğan yeniden Prezident seçilərsə iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin daha da dərinləşməsi gözlənilir. Bu istiqamətdə daha dərin və yeni addımlar atılacaq”.
Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.
Siyasətçi həmçinin əlavə edib:
“Azərbaycan və Türkiyə strateji müttəfiq dövlətdirlər və bu münasibətlər son dövrdə daha da möhkəmlənib. Xüsusilə, Şuşa bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik rəsmiləşib. Onu da qeyd edim ki, münasibətlər Ərdoğanın Prezident olduğu dövrdə bu səviyyəyə qədər inkişaf edib”.
Qeyd edək ki, Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması açıqlanıb. Ali Seçki Şurasından (YSK) bildirilib ki, əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq. İkinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq. Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq. Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək.
Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.
Havar Şəfiyeva