Kabil Rusiyadan neft məhsulları tədarükü müqabilində Moskvaya ölkədə hasil edilən minerallar, həmçinin kişmiş və dərman bitkiləri təklif edə bilər.
Bu barədə ölkənin sənaye və ticarət naziri Nuriddin Əzizi deyib.
“Hazırkı Əfqanıstan hökuməti bütün ölkənin ərazisinə nəzarət edir, vəziyyət təhlükəsizdir. Əfqanıstan tarixən Rusiyaya böyük həcmdə kişmiş tədarük edib. Biz Rusiyaya yüzlərlə ton belə məhsul verə bilərik. Məsələn, dərman bitkilərinin qiymətləri indi çox yüksəkdir və Rusiyanın dərman üçün belə xammala ehtiyacı var. Biz barter ticarətindən istifadə edə bilərik. Çinlə etdiyimiz kimi, Rusiya zavodlarını xammalla təmin edə bilərik”, – nazir bildirib.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər