“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu əsgərlər üçün kitab kampaniyası elan edib. Kult.Az-ın
verdiyi məlumata görə, naşir “Facebook” statusunda belə yazıb:
“Dostlar, bildiyiniz kimi hərbi hissələrdə kitabxanalar yox vəziyyətindədir. Bu böhranı aradan qaldırmaq və əsgərlərimizi kitabla təmin etmək məqsədilə – bu həmdə onlara mənəvi dəstəkdir – hərbi hissələrə kitablar yığılır. Bu təşəbbüsə dəstək üçün özümüzdən 2 000 ədəd hazırlamışıq. İstərdim bu işdə əlbir olaq. Kitabxanasında əlavə kitabları olan oxucular, jurnalistlər, yazıçılarımızdan xahiş edirəm, kimdə hədiyyəlik kitab varsa nəşriyyata gətirsin. Kitablar əsgərlərimizə yardıma qoşulanlar adından təqdim olunacaq”.
Son şərhlər