Tatarıstanın paytaxtı Kazan şəhərində ruslarla tatarlar arasında dava düşüb.
Publika.az xəbər verir ki, davanı Moskvanın “Spartak” komandasının azarkeşləri törədib. Avqustun 1-də keçiriləcək “Rubin”-“Spartak” qarşılaşmasını izləmək üçün Kazana xeyli sayda azarkeş gəlib.
Sərxoş vəziyyətdə olan Moskva klubunun azarkeşləri vağzalda olan insanları təhqir ediblər. Bu da tatarların hiddətinə səbəb olub və nəticədə dava-dalaş düşüb.
Polis 18-28 yaş arası 8 “Spartak” azarkeşini həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.