Ərdoğanla Əsəd bu il görüşə bilər

101

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə suriyalı həmkarı Bəşər Əsədlə görüşə bilər.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O, Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin mayın 10-da Moskvada keçiriləcək görüşündən sonra iki lider arasında danışıqların mümkünlüyünü qeyd edərək, görüşün bu il baş verəcəyini gözlədiyini bildirib.

Qeyd edək ki, martın 16-da Suriya prezidenti Bəşər Əsəd türk qoşunlarının Suriyadan çıxarılmasından sonra Türkiyə prezidenti Ərdoğanla görüşə hazır olduğunu açıqlayıb.

Yeganə