Ərdoğan: “İsrail öz tökdüyü qanda boğulacaq”

🗓 19.07.2014 01:08 ✍️ "Elçi" qəzeti
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda iştirak etdiyi iftar mərasimindəki çıxışında İsrailə qarşı img1605229ağır ifadələr işlədib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, iftarda Fələstin lideri Mahmud Abbas da iştirak edib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail gec-yez tökdüyü qanda özü boğulacaq: “Buna ürəkdən inanırıq. Amma İsrailin zülmünə, cinayətlərinə səs çıxarmayan bir sıra dünya ölkələri, toplumlar da bu qara ləkəni sonsuzluğa qədər alınlarında daşımağa məhkumdurlar”.
 

Bənzər yazılar