Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
Elchi.az “Blumberq” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə deyib.
Ərdoğan mümkün səfərin tarixi barədə məlumat verməyib.
Qeyd edək ki, bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Elchi.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava...






















Son şərhlər