Əli Məsimli də danşdı...

🗓 02.08.2014 11:27 ✍️ "Elçi" qəzeti
İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində baş401418_110647449058093_1567812390_n verən qanlı döyüşlərdə Azərbaycan ordusu atəşkəs dövrünün çoxsaylı şəhidini vermək bahasına olsa da, düşməni böyük itgiyə məruz qoyaraq geri oturtdu. Ermənistan və onun quduzlaşmış havadarının törətdiyi bu qanlı olay bir daha göstərdi ki, Ermənistan bu olayların görünən tərəfidir və Azərbaycanın ən təhlükəli düşmənin ünvanı dəyişməyib. Bu olaylar həm də Vətən uğrunda şəhid gedə bilən qəhrəman oğlullarımızın varlığı, düşmənin mütləq layiq olduğu cəzanı alacacağını göstərir! Şəhid ailərinin “Vətən sağ olsun!” deyən valideynlərinin,əzizlərinin,"Vətən, başın sağ olsun!" deyən xalqımızın kədərini ürəyimizdə hiss edir,dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin!

Bənzər yazılar