"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı – sensasion məlumatlar

05 Aprel 2018 - 10:36
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, MARAQLI
FacebookVatsap

Kərimli, İsmayılov və Hüseynzadənin gizli ittifaqı?; AXCP sədri Azərbaycana düşmən mövqedə dayanan separatçılarla ittifaqı genişləndirir; “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələrilə haqqında cinayət işi açılan İsgəndər Hüseynzadəni Kərimli və Aslan İsmayılovla birləşdirən maraqlar…

Müxalifətdə olmaq o deməkdir ki, sən öz ölkənə,  dövlətinə düşmən mövqedə dayanmalısan? Hər addımda bilərəkdən xalqının mənafeyinin ziddinə getməlisən? Ətrafına Azərbaycana qarşı düşmən mövqedə olan insanları, təşkilatları yığmalısan? Ölkənin müstəqilliyini, bayrağını qəbul etməyən, nəinki qəbul etməyən, bu iki ali dəyərimizə qarşı çıxan qüvvələrin liderinə çevrilməlisən?

 

Bunu da oxuyun

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Bu suallar ritorik deyil. Heç sadəlövhlükdən də irəli gəlmir. Qarşılaşdığımız mənzərə, əldə etdiyimiz informasiyalar, faktlar bizi o qədər heyrətə salıb ki, bu sualları verməyə məcbur qalırıq.

***

Milli Şura ilə Müsavat Partiyasının birgə təşkil etdikləri 31 mart mitinqi haqda sosial və peşəkar mediada bir neçə gün müzakirə aparıldı. Aksiyanı təqdir edənlər, ora 10 mindən artıq adamın yığışdığını iddia edənlərlə yanaşı, tədbirin alınmadığını, meydana uzaqbaşı iki min, üç min adamın yığışdığını yazanlar da oldu. Təqdir yazıları kimi, tənqid məqalələrinin yazılması da normaldı. Hər şeyin yaxşı olduğunu demək kimi, hər şeyin pis olduğunu söyləmək, yazmaq da sağlam yanaşma deyil.

Musavat.com-da da 31 mart aksiyası haqda kiçik bir məqalə dərc olundu. “İflasın fotosu – Kərimlinin əli siyasətdə niyə gətirmir” başlıqlı yazıda (http://musavat.com/news/iflasin-fotosu-kerimlinin-eli-siyasetde-niye-getirmir_515895.html  http://musavat.com/news/iflasin-fotosu-kerimlinin-eli-siyasetde-niye-getirmir_515895.html) aksiya ilə bağlı bəzi müşahidələr, fikirlər yer almışdı. Normalda bu yazıya Əli Kərimlinin çevrəsində qərarlaşmış lümpenlər cavab verməli idilər. Çünki onların təşkil etdikləri aksiyanı ələşdirmişdik.

Amma bu məqaləyə cavab başqa bir ünvandan gəldi. Nur-az.com adlı bir saytda və eyni adlı facebook səhifəsində yazdıqlarımıza təhqir və söyüşlə reaksiya verildi. Əməkdaşımızın mitinq təəssüratlarına, qeydlərinə cavabda əsas hədəf “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Artifoğlu idi.

Düşünmək olardı ki, bu, AXCP-nin peyk saytlarındandı. Necə ki Əli Kərimli və ətrafı saxta profillər yaradıb onları təqdir etməyənləri mənəvi-psixoloji terrora məruz qoyurlar, bu saytın da fake olduğunu zənn edib, üstündən keçmək mümkün idi. Amma və lakin… Saytı araşdırdıq. Əldə etdiyimiz bilgilər bizi xeyli təəccübləndirdi. Sən demə, nur-az.com saytı iranyönümlüdü. Bir qədər də araşdırdıqda məlum oldu ki, bu saytı İsgəndər Hüseynzadə ad-soyadlı bir nəfər idarə edir. Məsələnin gerçək mahiyyəti burada üzə çıxdı.

İsgəndər Hüseynzadə ile ilgili görsel sonucu

Kimdir İsgəndər Hüseynzadə? O, niyə Milli Şuranı, Əli Kərimlini bu cür davakarcasına, necə deyərlər, qanını qaşığa qoyaraq müdafiə edir?

Məlum oldu ki, bu adam İranın bəzi dairələrinin istifadəsində olan bir casusdur. Adam birmənalı Azərbaycana – öz ölkəsinə, dövlətinə düşmən mövqedə dayanan biridir. Onun barəsində bildirilir ki, Hüseynzadə İsgəndər Hüseynəli oğlu 27 yanvar, 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. 1996-cı ildən ailəsi ilə birgə İran İslam Respublikasının Qum şəhərinə köçüb.

2008-ci ildə barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

6a99d656-a99b-4c29-a6e7-bc14de4ade2c.jpg (44 KB)

İ.Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqelidi.

Barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan əleyhinə açıq düşmənçilik edən bir adamın Əli Kərimlinin müdafiəsinə qalxması çox şeydən xəbər verir. AXCP sədrinin siyasi iştahı və iqtidara qərəzi o qədər yüksəkdir ki, o, ağına-bozuna baxmadan hər qüvvə ilə əməkdaşlığa getməkdən çəkinmir. Əli Kərimlinin ətrafı İran və Rusiya agenturası ilə qaynayır. Bu gün onun müdafiə etdiyi dini kəsimin haralara bağlı olduğu əksəriyyətə bəllidir. “Yeni Müsavat” ötən il bu mövzuda araşdırma yazı dərc edib. Həmin yazının linkini təqdim edirik: http://musavat.com/news/azerbaycana-qarsi-separatizm-herekati-xeyanet-kadrosu-ermeniler-ve-milli-sura-ile-beraberdir-boyuk-tehluke_428759.html.

Əli kərimli ile ilgili görsel sonucu

Ə.Kərimlinin bugünkü müttəfiqləri arasında talış separatizmini açıq şəkildə müdafiə, həmçinin təbliğ edən, Azərbaycanın müstəqilliyinə dil və əl uzadan xeyli dönüklər var. Hakimiyyət uğrunda mübarizədə ölkəsinə, dövlətinə düşmən mövqedə olan qüvvələrlə ittifaq yaratmaq hansı əxlaqa sığır?! Ə.Kərimli bu adamların Azərbaycanın müstəqilliyinə qarşı olduqlarını, hər addımda dövlət əleyhinə açıq çıxışlar etdiklərini, gerçək bir vətən xaini olduqlarını detallarına qədər bilir. Fəqət Azərbaycana qarşı xain və düşmən mövqedə dayanan bu çete ilə müttəfiqliyinə son qoymur.

Təkcə Əli Kərimlimi bu mövqedədi? Yalnız o, separatçıları və vətən xainlərini ətrafına toplayıb, onları reabilitasiya və müdafiə edir? Təəssüf ki, müxalifətçilik pərdəsi altında Azərbaycanı kürəyindən xəncərləyənlər Cəbhə sədri ilə yekunlaşmır. Nə yazıq ki belələrinin sayı kifayət qədərdi. Onlar üzdə hakimiyyəti, bəzi məmurları hədəfə alırlar. Əsl hədəfləri isə Azərbaycanın müstəqilliyinə qarşı açıq və birmənalı mövqedə olan tör-töküntüləri müdafiə etməkdir, onlarla ittifaq yaradıb iqtidara gəlməkdir.

aslan aslan.JPG (106 KB)

Təsəvvür edin, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən Aslan İsmayılov da İsgəndər Hüseynzadənin müdafiəçisinə, həmçinin təbliğatçısına çevrilib. Bu adamın Rauf Arifoğlunun əleyhinə olan yazısını özünün facebook səhifəsində paylaşır, üstəlik, onu facebookun pullu reklam imkanlarından yararlanıb, daha da tirajlayır.

aslan ismayılov ile ilgili görsel sonucu

Xatırladaq ki, nur.az.com saytı məlum mövqeyinə görə bloklanıb. Sayta Azərbaycan ərazisindən giriş mümkün deyil. Lakin həmin saytın facebookda səhifəsi var və oradan qapı kimi istifadə edərək, Azərbaycana, onun ziyalılarına, dəyərlərinə, dövlətinə qarşı təxribat materialları yayırlar. Bu materiallardan biri də Rauf Arifoğlu haqqındadır. Və bu materialı da hər zaman dəstəklədiyimiz, dara düşəndə yayında olduğumuz Aslan İsmayılov həyata keçirdir.

Belə çıxır, sizin davanız hakimiyyətlə deyil, cənablar. Siz Azərbaycanın müstəqilliyi və bayrağı ilə düşmənçilik edirsiz. Tarixin və millətin alnınıza vuracağı damğadan qorxmursunuzmu? Necə ki, biz bu gün Əliheydər Qarayevi, Ruhulla Axundovu, Məşədi Əzizbəyovu, Çingiz İldırımı və başqa sapı özümüzdən olan Cümhuriyyət düşmənlərini lənətləyirik, gələcək nəsillər də sizi eyni formada lənətləyəcək… Ən nəhayət, Əli Kərimli də, Aslan İsmayılov da ixtisasca hüquqşünasdırlar. Etdikləri bu əməllərə görə təkcə mənəvi məsuliyyət daşımırlar, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar.

Tarixdən və hüquqdan qorxun…

Azər AYXAN,
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini

Previous Post

Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı – sensasion məlumatlar

Next Post

Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib

Bənzər yazılar

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib. Elchi.az xəbər verir ki, bu barədə Əmək...

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44

"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil...

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10

ABŞ lideri Donald Trampla planlaşdırılan görüşü zamanı "gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı" müzakirə etmək niyyətindədir. Elchi.az xəbər verir...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Next Post
Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib

Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib

Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib

Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.