"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Əli İnsanova sui-qəsd ola bilərmi?

14 Aprel 2017 - 13:05
in CƏMİYYƏT
FacebookVatsap

Əli İnsanova sui-qəsd ola bilərmi?

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Əvəz Zeynallı: “Orada kimisə öldürmək su içmək qədər asandır”; Məmməd Zeynalov: “Əli İnsanovun yanına dəfələrlə cinayət törətmiş bir şəxsi sala bilərlər, o da…”

Sabiq səhiyyə naziri Əli İnsanovun 11 illik həbs cəzasının bitməsinə 56 gün qalmış barəsində başlanmış yeni cinayət işinə hazırda Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılır.

Yeni ittiham veriləndən sonra sabiq naziri saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürüblər. Ə.İnsanovun son məhkəmə prosesində dediklərindən belə anlaşılır ki, BİT-də onun həyatına qəsd ola bilər. Qəsd baş tuta bilərmi? Əli İnsanovu BİT-də necə öldürə bilərlər?

1 ildən artıq BİT-də saxlanılmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sualımıza belə cavab verib: “Bakı İstintaq Təcridxanasında, Azərbaycan türmələrində adam öldürmək mümkün deyil. Amma sifariş verilərsə, bunun tam əksi baş verə bilər – yəni orada adam öldürməkdən asan heç nə yoxdur. Adamı öldürmək üçün bir an yetər”.

Ə.Zeynallı deyib ki, Ə.İnsanovun məhkəməsinin keçirilmə qaydası belə hər şeyi deyir: “Azərbaycanda 20 ildən artıq vəzifədə işləmiş, YAP-ın qurucularından biri olan Əli İnsanovun məhkəməsində 6 oturacaqlı zal olmalıdır?

Jurnalist deyir ki, özü 2014-cü ildə həbsdən azad ediləndən sonra Ə.İnsanovun həbsdən çıxmayacağı ilə bağlı dəfələrlə yazılar yazıb: “Bu gün də fikrim dəyişməyib. Əli İnsanovun həbsdən çıxması çox ciddi sual qarşısındadır”.

Ə.Zeynallı iddiasını belə əsaslandırıb: “Ona görə belə fikriləşirəm ki, Əli İnsanovun həbsdən çıxmasını siyasi hakimiyyət istəmir. O, 11 il həbsdə qalandan sonra heç bir hadisə olmaya-olmaya idmançı cüssəli, Əli İnsanovun atası ilə dostluq etdiyi, ailəsi ilə yaxın olduğu şəxsi üzünə qoyublar. Ona görə də Əli İnsanovun həbsdən azad ediləcəyinə inanmıram”.

Baş redaktorun sözlərinə görə, Ə.İnsanovla bağlı Avropa Məhkəməsinin qərarı icra olunmayıb: “Azərbaycanda belədir ki, beynəlxalq təşkilatların diqqət göstərdiyi, azadlığa buraxılmasını tələb etdiyi dustaqların vəziyyəti daha da ağırlaşdırılır”.

Ə.Zeynallı Ə.İnsanovun son məhkəməsində müşahidə etdiklərini də dedi: “Hiss etdim ki, Əli İnsanov əvvəlkindən də qətiyyətlidir. Ona dedim ki, söz verin ki, azad olunandan ilk müsahibəni ”Qaynar qazan”a verəcəksiniz, o da cavab verdi ki, Əvəz, sən bilirsən ki, mən buradan çıxmayacağam”.

Image result for Əvəz Zeynallı

Ə.Zeynallı xüsusi olaraq vurğulayıb ki, BİT-də dustağı öldürmək mümkün deyil: “Dustaqlar ora ”üç ulduzlu hotel” deyir. MTN polkovniki İlqar Əliyevin nümunəsi ortadadır. Mən onun ölümü ilə bağlı fikirlərimi dedim. Bundan sonra məni BİT-ə çağırıb bir neçə yekə albomu qarşıma qoyub onun fotolarını göstərdilər. Mən o vaxt təcridxananın rəisi Azər Seyidova dedim ki, mənə bu fotoları göstərmək lazım deyil, həmin otaqlarda 19 ay qalmışam. Həmin otaqlarda adam özünü asmaz. Bu mümkün deyil. Azər Seyidov mənə 4-5 cild göstərmişdi, orada intihar edənlərin siyahısı da var idi. Siyahıda 1 ay ərzində 27-28 şəxs intihara təşəbbüs göstərmişdi. Necə olub ki, intihara təşəbbüs göstərən 27-28 nəfərə mane ola biliblər, amma İlqar Əliyev rahat şəkildə özünü asıb. Bu orada mümkün deyil. Orada əksər otaqlar dinlənilir, birbaşa videoya çəkilir. Yəni orada nəzarətsiz yerlər yoxdur. Hamama belə kamera qoyublar. Qanunsuz izləmə, dinləmə ilə yanaşı, nəzarətçilər də daim iş başındadırlar. Ona görə də MTN polkovnikinin orada intihar etməyi mümkün deyil. İlqar Əliyev niyə intihar etməli idi? Bu gün Akif Çovdarov da orada saxlanılır və öldürüləcəyini deyir. Təbii ki, Çovdarov özü dustaqları necə öldürürlər bunu çox yaxşı bilir. Orada adam öldürmək həmin mexanizmi bilənlər üçün o qədər asan məsələdir ki…”

Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov da deyir ki, cəza yerində, təcridxanada istənilən şəxsi öldürə bilərlər: “Orada istənilən adamı öldürə bilərlər. Amma cəzasızlıq mühiti də deyil. Əgər cəzaçəkmə yerində, istintaq təcridxanasında kimisə öldürəcəklərsə, öldürən cəzasını çəkəcək. Yəni bir dustaq digərini öldürürsə, öldürən dustağın cəzasını məhkəmə verir. Əli İnsanovun yanına dəfələrlə cinayət törətmiş bir şəxsi sala bilərlər, o da ona xətər yetirə, ölümünə səbəb olan zərbə vura bilər. Bunu fərziyə kimi deyirəm. Yəni bu istisna deyil”.

M.Zeynalov deyib ki, həbsdə ikən Ə.İnsanovun başına bir iş gəlsə, bu, Azərbaycan üçün yaxşı nəticələr verməyəcək: “Azərbaycan böyük bir skandalın mərkəzinə gələ bilər. Əli İnsanov o qədər təhlükəli adam deyil ki, hətta Avropa Məhkəməsinin qərarını saya salmayıb onu həbsdə saxlayırlar. O, həkimdir, alimdir. Ona bu münasibətin sərgilənməsi kiminsə qəzəbinə gəlməsi ilə bağlıdır. Əgər başına bir iş gəlsə, böyük söz-söhbət olacaq, ciddi rezonans doğuracaq”.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması) maddələri üzrə cinayət işi başlanıb.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs olunub. O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonradan qanunsuz özəlləşdirilmənin təşkilində ittiham edilib. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabrında başa çatıb.(Musavat.com)

Elchi.az

Previous Post

Əli İnsanova sui-qəsd ola bilərmi?

Next Post

Azərbaycanda tanınmış siyasətçi vəfat etdi – FOTO

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post

Azərbaycanda tanınmış siyasətçi vəfat etdi - FOTO

Azərbaycanda tanınmış siyasətçi vəfat etdi - FOTO

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.