"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əli Həsənov Ordumuzun hücumundan danışdı – Video

18 Aprel 2016 - 00:45
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər” televiziyasına eksklüziv müsahibə verib.

Bunu da oxuyun

Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi – FOTOLAR

Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

 

– Əli müəllim, aprelin əvvəlində təmas xəttində Ermənistanın növbəti təxribatının qarşısı alındı və bu hərbi əməliyyatlar atəşkəs dövrünün ən irimiqyaslı, böyük hərbi qarşıdurması idi. Ümumiyyətlə, əməliyyatları və onun nəticələrini necə qiymətləndirirsiniz?

 

– Əvvəla, tamamilə razıyam ki, bu hadisə erməni ordusunun növbəti təxribatı idi və bu təxribatın səbəbləri haqqında Azərbaycan prezidenti cənab İlham Əliyev də öz münasibətini bildirib. Digər dövlət rəsmiləri də qeyd ediblər ki, bu təxribat Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və mövcud status-kvonu qorumaq, intensivləşməkdə olan danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Hər dəfə danışıqlar prosesində bir intensivləşmə müşahidə edildikdə ermənilər eyni təxribatı törədiblər və sonuncu təxribat da həmin sıradan idi.

 

2014-cü ilin sonunda Fransa Prezidenti Ollandın təşəbbüsü ilə danışıqlar prosesi intensivləşməkdə olarkən sərhəddə təxribat törətdilər və bu, onların vertolyotunu itirməsi ilə nəticələndi.

 

2015-ci ilin sonunda Rusiya Prezidenti Putinin təşəbbüsü ilə proses intensivləşəndə və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edərkən yenə eyni təxribatı törətdilər. Təmas nöqtəsində ciddi insident yaşandı. Sonuncu da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına, Vaşinqtona olan səfəri və səfər çərçivəsində bu istiqamətdə apardığı uğurlu danışıqlar, ABŞ vitse-prezidenti və dövlət katibinin bu məsələyə diqqəti artırması, o cümlədən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdikləri son ciddi bəyanatlar ona gətirdi ki, ermənilər yenə ciddi təxribata əl atdılar və yenə öz cavablarını aldılar.

 

Azərbaycan Ordusunun fəaliyyətinin dəyərləndirməsinə gələrkən, bu, hamının gözü qarşısında baş verdi. Azərbaycan ordusu yalnız ermənilərin təxribatına cavab verdi və əlbəttə, müvafiq olaraq bu təxribatları dayandırmaq məqsədi ilə uğurlu hücum əməliyyatı həyata keçirdi. Hücum nəticəsində də illərdən bəri Azərbaycanın dinc əhalisini, yaşayış məntəqələrini, qaçqın və köçkün düşərgələrini silah altında, təhdid altında saxlayan 3 yüksəkliyi ələ keçirdi. Bu hadisə iki mühüm nəticə ilə yekunlaşdı. Bunlardan biri ondan ibarət idi ki, illərdən bəri Azərbaycan hərbi quruculuğa büdcədən xüsusi vəsait ayırırdı və Azərbaycanın milli ordu quruculuğuna ayırdığı diqqət, verdiyi önəm, yönəltdiyi maliyyə vəsaitlərinin hansı nəticələr verəcəyini insanlar təsəvvür belə etmirdilər. Bu ilk ciddi toqquşmada Azərbaycan ordusunun qısa müddətdə böyük müvəffəqiyyətləri göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında güclü ordu yaradıb və bu ordu nəinki Cənubi Qafqazın ən güclü ordusudur, o cümlədən hətta lazım olarsa, Avrasiya bölgəsində ciddi humanitar, sülh yaratma proseslərində iştirak edə bilər. Ordumuz nəinki Azərbaycan ərazilərini işğaldan azad edə bilər, böyük hərbi-geostrateji vəzifələri icra edəcək gücdədir. Bu, birinci nəticə idi.

 

Azərbaycan xalqının ordusuna inamı sözün həqiqi mənasında çox yüksək səviyyədə artdı və bu artım da Azərbaycan xalqının həmin söylədiyim ikinci nəticəni – vətənpərvərlik hissinin yüksəlməsini təmin etdi. İllərdən bəri bəzən KİV-lərdə, bəzən televiziyalarda da belə bir ideya təlqin olunurdu ki, Azərbaycan artıq müharibəni unudub, Azərbaycan xalqı artıq Dağlıq Qarabağı yaddan çıxarıb, işğal olunmuş torpaqlar heç kimi narahat etmir. Amma qısamüddətli bu müharibə onu göstərdi ki, Azərbaycan xalqı nəinki Dağlıq Qarabağı və işğal altındakı əraziləri unudub, nəinki onun hərbi vətənpərvərlik hissləri aşağı düşüb, o, istənilən halda səfərbər olub, düşmənə, anti-Azərbaycan dairələrə, Azərbaycana hücum edən insanlara lazımi cavab verməyə hazırdır və qısa müddətdə bütün Azərbaycan gəncliyinin, bütün Azərbaycan xalqının ayağa qalxması, verdiyimiz itkiləri ləyaqətlə, dəyanətlə qarşılaması və vətən torpaqlarının işğaldan azad olunmasında hər bir insanın ortaya qoyduğu əzm, iradə onu göstərdi ki, biz lazım olsa, Azərbaycan torpaqlarını, vətənimizi qorumağa bir nəfər kimi qalxacağıq və qalxmağa da hazırıq. Bu iki nəticə fonunda biz bu qısamüddətli müharibəni yekunlaşdırdıq.

 

– Sizin də qeyd etdiyiniz kimi, hərbi əməliyyatlarda Azərbaycanın açıq-aşkar üstünlüyü nümayiş olundu və Azərbaycan həm də atəşin dayandırılmasına razılıq verməklə məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha göstərdi. Diplomatiya müstəvisində bunu necə dəyərləndirirsiniz və danışıqlar masasında bu, Azərbaycana hansı üstünlükləri gətirəcək?

 

– Bilirsiniz ki, ermənilər həmişə təxribat törədir və dərhal informasiya müharibəsi apararaq dünyada onların günahsız, Azərbaycanın günahkar tərəf olduğunu bəyan etməklə anti-Azərbaycan ovqatı yaratmağa çalışırlar. Bu dəfə bunu edə bilmədilər.

 

Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu hadisələrin gedişində, yəni ayın 2-si axşam saatlarından etibarən ciddi şəkildə bəyanatlar verməyə başladı və tərəfləri atəşi dayandırmağa çağırdı. Biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə bu çağırışdan sonra dərhal birtərəfli qaydada atəşi dayandırdıq. Atəşi dayandıraraq dünyaya göstərmək istədik ki, biz heç də bu müharibənin davam etməsində, qan tökülməsində, günahsız dinc sakinlərin qətlə yetirilməsində maraqlı deyilik. Biz sadəcə olaraq, danışıqların intensivləşdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edirik və buna da bizim haqqımız var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin çağırışına cavab olaraq Azərbaycan atəşi dayandırmışdı, amma ermənilər itirdikləri mövqeləri və ordularının ciddi şəkildə məğlubiyyətini qəbul edib, barışmaq istəmirdilər. Ona görə də intensiv şəkildə atəşi davam etdirirdilər. Düzdür, onlar layiqli cavablarını alırdılar, amma Azərbaycan ordusunun növbəti uğurlu zəfər yürüşündən qorxaraq bu atəşin dayandırılması və sülh danışıqlarına başlanılması təklifinə razılıq verdilər. Bu təşəbbüs Rusiya Prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hal-hazırda danışıqlar prosesi hazırlanır. Yəqin ki, bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaqdır.

 

– Bu vəziyyətdən öz siyasi maraqları naminə sui-istifadə etmək istəyənlər oldu. Bu barədə nə deyə bilərsiniz?

 

– Mən düzü, ad çəkmək istəmirəm. Çünki onlar Azərbaycan cəmiyyətində o qədər də böyük, sosial dayağa malik deyillər. Bu insanları yalnız ətrafındakı 5-10 nəfər, hətta qohum-əqrəbası da demək olmaz, özləri kimilər müdafiə edir. Onların Azərbaycan cəmiyyətinə, xalqına, gəncliyinə aşılamaq istədiyi anti-Azərbaycan ideyaları keçərli deyil. Onların faktiki olaraq Azərbaycan cəmiyyətindəki rolları, təsirləri sıfıra bərabərdir. Ona görə də mən onların adlarını çəkmək istəmirəm. Amma təəssüflər olsun ki, biz Azərbaycan xalqının yekdil vətənpərvərliyini, yekdil torpaqlarımızı azad etmək, vətənini qorumaq əzmini, iradəsini gördüyümüz kimi, eynilə cəmiyyətimizdə bu tipli insanların da mövcud olduğunu, hələ də cəmiyyətdə tam yoxa çıxmadıqlarını müşahidə etdik.

 

– Bu yaxınlarda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Forumun əhəmiyyəti nədən ibarətdir?

 

– Bu il BMT-nin Sivilizasiyalar Alyansının yeddinci forumu reallaşdırılır və dünyanın ən önəmli məsələləri bu forumlarda müzakirə olunur. Bu forumlarda planetimizdə yaşayan xalqların, mövcud olan dövlətlərin, ayrı-ayrı milli, dini kəsimlərin, sivilizasiya daşıyıcılarının birgə yaşayış normalarının müxtəlif aspektləri müzakirə edilir.

 

Mən bir faktı qeyd etmək istəyirəm ki, Azərbaycan artıq 10 ilə yaxın bir müddətdə dünyanın belə mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bunlar arasında idman, musiqi, siyasi, mədəni, dinlərarası-millətlərarası sivilizasiya normalarının təmsil olunuduğu tədbirlər var.

 

Sözün həqiqi mənasında biz bir tərəfdən dövlətimizi, xalqımızı, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, respublikamızın turistik imkanlarını təbliğ edib gələcəkdə bu sahənin inkişafına nail oluruqsa, digər tərəfdən dünyanın müxtəlif xalqları ilə, müxtəlif etnik-dini icmaları ilə, dairələri ilə dialoqa girərək onların yaşadığı gündəmlə, onları düşündürən məsələlərlə, qarşılıqlı maraqları ifadə edən digər məsələlərlə tanış oluruq. Bu da xalqımızı, dövlətimizi getdikcə zənginləşdirir, bəşəriyyətin, dünyanın ayrılmaz tərkib hissəsinə çevirir.

https://youtu.be/hHJJVdm6ZXI

 

Previous Post

Əli Həsənov Ordumuzun hücumundan danışdı – Video

Next Post

Kreditlər bağışlana bilər… – Video

Bənzər yazılar

Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi  – FOTOLAR

Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi – FOTOLAR

03 Oktyabr 2026 - 19:37

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər...

Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb

Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb

03 Oktyabr 2026 - 19:33

Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb “Sahibkarlar və şirkətlərin QHT sektoru ilə iş təcrübəsi böyük deyil,...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Next Post

Kreditlər bağışlana bilər... - Video

Kreditlər bağışlana bilər... - Video

Son xəbərlər

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59
Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi  – FOTOLAR

Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi – FOTOLAR

03 Oktyabr 2026 - 19:37
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb

Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb

03 Oktyabr 2026 - 19:33
Bakıda 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ

Əksər yerlərdə yağış davam edir, dağlıq ərazilərə qar yağır- FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 18:51
KİV: ABŞ və Rusiya arasında böyük neft sazişi ilə bağlı danışıqlar aparılır

KİV: ABŞ və Rusiya arasında böyük neft sazişi ilə bağlı danışıqlar aparılır

03 Oktyabr 2026 - 18:40
Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

03 Oktyabr 2026 - 14:00
Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.