Azərbaycanın Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuad Oqtay arasında təkbətək görüş olub.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Bakı şəhərində keçiriləcək Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulanıb.
F.Oqtayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.
Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü
Azərbaycanın İslamabadakı səfiri İrfan Davudov Pakistan Xarici İşlər Nazirliyinin İƏT və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Həsən Əli Zaiğamla...





















Son şərhlər