əl-Maliki istefaya getdi və təzə baş naziri dəstəklədi

🗓 15.08.2014 01:55 ✍️ "Elçi" qəzeti
İraqın baş naziri Nuri əl-Maliki istefaya getdiyini bəyan edib.musavat.com-un “Reuters”ə istinadən verdiyi img1618845xəbərə görə, dövlət televiziyasında yayımlanan bəyanatında Maliki hökumətin yeni başçısı Heydər əl-Abadini dəstəklədiyini bildirib.
Az öncə Nuri əl-Maliki əl Abadinin hökumət başçısı təyin edilməsinin ölkə konstitusiyasına zidd olduğunu bəyan eləmiş, ABŞ-ı onun namizədliyini dəstəkləməkdə suçlamışdı.
Abadini namizədliyi şiə koalisiyası tərəfindən sürülmüş, sonra isə prezident Fuad Məsum ona yeni hökuməti formlaşdırmağı tapşırmışdı.

Bənzər yazılar