"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” – Fotolar

23 Fevral 2015 - 13:41
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Əhalinin sosial müdafiəsi sisteminin mövcud çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən 10473917_822973527761684_5346312726994747823_ninflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab verə bilməsi üçün tədbirlər görüləcək

Fevralın 23-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə dair növbəti iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ƏƏSMN-nin fəaliyyət sahələrində aparılan islahatların bir istiqamətinin tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə iş mexanizminin müasir tələblərə uyğun qurulmasına yönəldiyini vurğulayıb: “Bununla əlaqədar ötən il Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin hazırlanması əlillik müayinəsi və onun nəticələri barədə məlumatların ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları (TSEK) ilə digər qurumlar arasında kağız daşıyıcılara son qoyulmaqla, elektron şəkildə mübadiləsinə imkan verib. Həmin sistem əlillik təyinatının tam avtomatlaşdırılmasına və bu sahədə məmur-vətəndaş təmaslarını minimallaşdırmağa yönəlib. Artıq cari ilin əvvəlindən TSEK-lər tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür”.
S.Müslümov bununla yanaşı, tibbi-sosial ekspertiza xidmətinə daim ciddi nəzarət olunduğunu, ötən il ilkin əlillik təyin olunanların 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin 3937 nəfər azaldığını qeyd edib. Nazir bildirib ki, ötən il həmçinin ilkin əlillik təyin olunanlar arasında ağır dərəcəli əlillərin xüsusi çəkisi də 82,1 faizdən 79,9 faizə düşməklə 6983 nəfər azalıb. Bu müddətdə tam reabilitasiya olunanlar 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanlar isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib. Başqa sözlə, tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. “Hazırda ölkəmizdə əlilliyin qiymətləndirilməsi meyarlarının yalnız tibbi yanaşma əsasında deyil, bio-psixo-sosial model, yəni əlillik təyin olunmuş şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsi prinsipi əsasında formalaşdırılması işləri aparılır. Bununla əlaqədar Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” yenidən işlənərək, hökumətə təqdim edilmək üçün hazırlanıb”. TSEK-lərin iş şəraitinin yaxşılaşdırlması işlərinin də aparıldığını, artıq 15 TSEK-in müasir tələblərə uyğun yeni iş yerləri ilə təmin edildiyini nəzərə çatdıran S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsi üzrə kadrların hazırlanması və təkmilləşdirilməsi, bərpa-müalicə müəssisələrinin tibbi reabilitasiya ilə yanaşı, sosial reabilitasiya yönümlü fəaliyyətinin də təşkili, inkişaf etmiş ölkələrin reabilitasiya üzrə mütərəqqi təcrübələrinin öyrənilərək respublikamızda tətbiqi və s. məsələlərin diqqətdə saxlanacağını bildirib. “Eyni zamanda, Respublikada tibbi-sosial ekspertiza işinin keyfiyyətinin yüksəldilməsi üçün “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə” layihəsi hazırlanaraq hökumətə təqdim edilib”.
İclasın digər mövzusu olan məşğulluq siyasətinin də müasir tələblərə uyğun inkişaf etdirilməsinin vacibliyini önə çəkən S.Müslümov qeyd edib ki, bu məqsədlə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi işləri davam etdirilir: “Avropanın inkişaf etmiş ölkələrinin məşğulluq siyasətinin və məşğulluq xidməti orqanlarının qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədi ilə Avropa İttifaqının TAİEX proqramı tərəfindən ƏƏSMN-nin nümayəndə heyətinin cari ilin yanvarında Almaniyaya təlim səfəri təşkil edilib. Səfər zamanı Almaniyada məşğulluq xidməti, işaxtaranların qeydiyyatı və vakansiyaların işlənməsi sahəsində vahid informasiya və proqram təminatı sistemi, işçi qüvvəsinə tələbatın proqnozlaşdırılması üçün əmək bazarında monitorinqlərin aparılması üzrə metodologiyanın hazırlanması, işsizlikdən sığorta sisteminin qurulması və digər sahələrdə malik olduğu təcrübə öyrənilib. Təbii ki, qarşıdakı dövrdə aidiyyəti sahədə təkmilləşdirmə işlərinin aparılmasında bu təcrübədən səmərəli şəkildə istifadə edilməsi diqqətdə saxlanacaq”.
İclasda həmçinin əhalinin sosial müdafiəsi sisteminin mövcud çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən inflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab verə bilməsi üçün gərəkən tədbirlər müzakirə olunub. Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinə bununla bağlı təcili tədqiqatlar aparıb nəticələrini məruzə etmək barədə tapşırıqlar verilib.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayevin, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı sektorunun müdiri Fuad Mehdizadənin məlumatları dinlənilib, verilən məlumatlar əsasında müzakirələr aparılıb.

Previous Post

ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” – Fotolar

Next Post

DİN intihar edən polislə bağlı məlumat yaydı

Bənzər yazılar

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26

İran Prezidenti Məsud Pezeşkiyan Tehranın ABŞ ilə qarşıdurmadan qalib çıxacağına əmindir. Elchi.az xəbər verir ki, bu barədə Pezeşkiyan Rusiya Prezidenti...

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin səviyyəsi 33%-ə – onun siyasi karyerası ərzindəki ən aşağı həddə enib. Elchi.az xəbər verir...

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Elchi.az  xəbər verir ki, xəbərdarlıqda deyilir: "Hazırda ölkə...

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri...

Next Post

DİN intihar edən polislə bağlı məlumat yaydı

DİN intihar edən polislə bağlı məlumat yaydı

Son xəbərlər

ABŞ-dəki muzeyə 11 sentyabr terror aktlarının unikal videoyazısı təhvil verilib

ABŞ-dəki muzeyə 11 sentyabr terror aktlarının unikal videoyazısı təhvil verilib

01 Sentyabr 2026 - 18:16
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

01 Sentyabr 2026 - 17:59
Bakıda avtomobil yandı

Bakıda avtomobil yandı

01 Sentyabr 2026 - 17:47
Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

01 Sentyabr 2026 - 17:38
Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

01 Sentyabr 2026 - 17:18
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

01 Sentyabr 2026 - 17:13
Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

01 Sentyabr 2026 - 17:10
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03
Pezeşkiyan: “Birqütblü dünyaya qarşı mübarizədə Rusiyanı dəstəkləyirik”

Pezeşkiyan: “Birqütblü dünyaya qarşı mübarizədə Rusiyanı dəstəkləyirik”

01 Sentyabr 2026 - 16:58
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

01 Sentyabr 2026 - 16:45
Akif Quluzadə Banqkokda növbəti görüşünə çıxacaq

Akif Quluzadə Banqkokda növbəti görüşünə çıxacaq

01 Sentyabr 2026 - 16:37
Norveç kralı VIII Hokon and içib

Norveç kralı VIII Hokon and içib

01 Sentyabr 2026 - 16:25
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

01 Sentyabr 2026 - 16:18
Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.