Zelenskinin həyat yoldaşı Cənubi Koreyaya gedib

102

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya çərşənbə axşamı Cənubi Koreyaya uçub.

Elchi.az-ın mk.ru-ya istinadən məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verir.

Ukraynanın birinci xanımı Cənubi Koreya lideri Yun Seok Yol ilə görüşüb. Zelenskayanın səfərinin digər təfərrüatları hələlik məlum deyil.

Zelenskaya nəşrə bildirib ki, Yun Seok Yol və həyat yoldaşını Ukraynaya dəvət etməyə hazırdır və Seula daimi dəstəyə görə təşəkkür edib, ev sahibi ölkəni ukraynalılar üçün inkişaf modeli adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Yun Sok Yeol bildirmişdi ki, Cənubi Koreya qanunvericiliyi hərbi münaqişə vəziyyətində olan ölkələrə silah tədarükünü qadağan etməsinə baxmayaraq, Seul Kiyevə hərbi yardım göstərə bilər.

Yeganə