Zelenskidən yeni tipli təyyarələrlə bağlı AÇIQLAMA

90

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna yeni tipli təyyarələrə keçidi nəzərə alaraq öz hərbi aviasiyasının inkişafı üçün hərtərəfli konsepsiya üzərində işə başlayıb.

Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.

Konsepsiyaya təşkilati struktur, pilotların və texniki personalın hazırlığı, proqram təminatı və infrastrukturun hazırlanması daxildir. Zelenski ali baş komandanın qərargahının iclasından sonra qəbul etdiyi qərarı açıqlayıb.

Qeyd edək ki, Ukrayna dəfələrlə ABŞ və müttəfiqlərindən yeni tipli Qərb qırıcılarının tədarükü üçün müraciət edib. ABŞ prezidenti Co Bayden, Avropanın NATO müttəfiqlərinin ehtiyatlarından F-16-ların tədarükünə başlayacağını vəd edib. Bundan əlavə, dördüncü nəsil təyyarələri idarə etmək üçün ukraynalı pilotların təliminə başlamaq planlaşdırılır.

Yeganə