Zelenski Xirosimada keçiriləcək G7 sammitində iştirak edəcək

86

Ukrayna prezidenti Vladimir Zelenski G7 sammitində iştirak etmək üçün Yaponiyanın Xirosima şəhərinə gedəcək. Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

 

Nəşr vurğulayır ki, Yaponiya rəsmiləri daha əvvəl Zelenskinin sammitdə iştirakını onlayn formatda elan ediblər.

Qeyd edək ki, bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Zelenskinin G7 sammitində iştirak etmədiyini təsdiqləyib. O, Ukrayna liderinin bazar günü telekonfrans vasitəsilə görüşə qatılacağını bildirib.

Havar Şəfiyeva