Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində Ukrayna ordusunun Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadə etməsi faktını təsdiqləyib və həmçinin ABŞ-a təşəkkürünü bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Bu gün ABŞ-a xüsusi təşəkkür edirəm. Prezident Co Baydenlə razılaşmalarımız yerinə yetirilir. Onlar çox dəqiq həyata keçirilir – ATACMS özünü doğruldub”, – deyə dövlət başçısı bildirib.
Bundan əvvəl “Politico” nəşri Ukrayna ordusunun xüsusi əməliyyat zonasında ilk dəfə olaraq ATACMS raketlərindən istifadə etdiyini bildirmişdi. Bir az sonra bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da təsdiqləyib.
Yeganə