Ukrayna prezidenti Volodimir Zelenski ucuz Ukrayna taxılının Avropa İttifaqına (Aİ) idxalına etiraz edən polyakları qınayıb.
Elchi.az bu barədə RİA.ru-ya istinadən xəbər verir.
Həmçinin, avropalı nəqliyyatçılar Avropa İttifaqında ukraynalı yük maşınlarına verilən üstünlüklərə qarşı çıxırlar.
“Xüsusən də həm iqtisadiyyat, həm də mənəviyyat həddini çoxdan aşmış Polşa sərhədindəki vəziyyətin nəhayət həllini tapmaq lazımdır”, – deyə Ukrayna prezidenti bildirib.
Eyni zamanda, Zelenski qeyd edib ki, Polşadakı siyasi partiyalar öz aralarında döyüşmək üçün Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatından istifadə edir.
Qeyd edək ki, son günlər polşalı fermerlərin Ukraynadan taxıl daşıyan vaqon və yük maşınlarına hücumları olub. Aksiya iştirakçıları yola buğda tökürlər.
Xatırladaq ki, 2023-cü il sentyabrın 15-dən sonra Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları Ukraynadan dörd növ kənd təsərrüfatı məhsulunun idxalına qoyulan qadağanı uzadıb.
Yeganə