Zelenski ABŞ senatorları ilə danışacaq

88

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 21-də amerikalı senatorlarla danışacaq.

Elchi.az bu barədə CNN.com-a istinadən xəbər verir.

Mövzu böyük ehtimalla hərbi yardım olacaq. Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Ukraynaya “ATACMS” tədarükü ilə bağlı qərar hələ qəbul edilməyib.

Zelenski Konqresə də səfər edəcək, lakin onun orada çıxış etməyəcəyi bildirilir. Bununla belə, o, konqresmenlərin kiçik qrupları ilə danışıqlar aparmağı planlaşdırır.


Yeganə