Ağ Evin Mahaçqaladakı iğtişaşları Rusiya imperiyasındakı yəhudi qırğınları ilə müqayisə etməsi millətçiliyi qızışdırmaq üçün təxribatdır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, ABŞ-ın Dağıstandakı iğtişaşlarla bağlı sözlərinə cavab verib: “Ağ Evdə səslənən bu cür bəyanatlar millətçi hissləri qızışdırmağa yönəlmiş növbəti təxribatdır”.
Diplomat aydınlaşdırıb ki, Rusiya Xarici İşlər Nazirliyi bunu Rusiyada vəziyyəti sabitləşdirmək üçün növbəti cəhd kimi qiymətləndirir.
Bundan əvvəl Zaxarova Dağıstanda yəhudilərə qarşı iğtişaşları Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələndirib. Onun sözlərinə görə, Mahaçqala aeroportunda baş verən insident Kiyevin planlaşdırdığı təxribatın nəticəsi olub.
Havar Şəfiyeva