"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Zakir Həsənov: `Ermənilər bizdən qorxurlar`

18 May 2016 - 21:17
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

“Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır”

– Türkiyə, Gürcüstan vəAzərbaycan müdafiə nazirlərinin iştirakı ilə keçirilən toplantıdan danışmaq istəyirəm. Gündəlikdəki məsələlərdən xəbərim var. Siz Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşünün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, dövlət rəhbərləri səviyyəsində çox böyük birgə işlər görülür. Regionda böyük layihələr həyata keçirilir. Son vaxtlar bu istiqamətdə daha çox işlər həyata keçirilir. İqtisadi layihələrin bölgədə təhlükəsizliyinin təmin edilməsi üçün təbii ki, bu üç dövlətin müdafiə nazirlərinin əməkdaşlığı çox vacibdir. Mən oradakı çıxışımda xüsusi qeyd etmək istədim ki, bu üç dövlətin Silahlı Qüvvələrinin birgə təlimləri, təhsil sistemlərinin inteqrasiyası, hərbi texniki baxımdan əməkdaşlıq, interna adlı komanda qərargah təlimlərimiz var və biz bunu genişləndirmək istəyirik. Bu təlimlər sırf iqtisadi layihələrin təhlükəsizliyinə yönəlmiş təlimlərdir.

Əgər əvvəllər biz onları komanda qərargah formasında həyata keçirirdiksə, indi qərar qəbul olunub ki, artıq bölük, tabor səviyyəsində bu təlimlərə şəxsi heyəti cəlb edək. Daha intensiv keçirək ki, biz bu problemlərin həllində çətinlik çəkməyək.

– Yəqin ki, söhbət qlobal layihələrdən gedir, hansılarda ki, Azərbaycan tranzit ölkə kimi iştirak edir. Yəni bizim TANAP, TAP kimi digər layihələrimizdən söhbət gedir. Bu layihələrin mühafizəsi necə həyata keçirilir?

– Bu layihələrin mühafizəsini biz həyata keçirmirik. Onların mühafizəsi ilə müvafiq qurumlar məşğuldur. Ümumiyyətlə, söhbət ondan gedir ki, hər bir dövlət öz ərazisində belə layihələrin təhlükəsizliyini təmin etməlidir. Buna məsuliyyət daşıyır və bu məsələləri həll etmək üçün biz bir-birimizə dəstək olmalı, bir-birimizin təcrübəsindən istifadə etməliyik. Bu təlimlərdə bu məslələr həll olunacaq.

– Təlimlər demişkən, siz bayaq dediniz ki, Azərbaycan və Türkiyə arasında həyata keçirilən təlimlərə bundan sonra Gürcüstanın da dəvət olunması və onun iştirakının təmin olunmasından da söhbət gedir. Gürcüstanın bu təlimlərdə iştirakı bizə, ümumilikdə regiona nə verəcək?

– İlk növbədə demək istəyirəm ki, son vaxtlar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri arasında birgə təlimlər həyata keçirilir. Bu həm də hava qüvvələrinin, xüsusi təyinatlıların, quru qoşunlarının təlimləridir. Birlikdə keçirilən bu təlimlərdə təcrübə mübadiləsi aparılır.

Biz təklif etdik ki, bir neçə il Gürcüstan müşahidəçi qismində iştirak etsin. Bu müddət ərzində Gürcüstan təlimlərlə maraqlanacaq, təlimlərin necə həyata keçirilməsi, onun forması ilə tanış olacaq. Gələcəkdə də biz ümid edirik ki, onlar da bizə qoşulacaq. Yenə deyirəm ki, bizim üçümüzün də marağında olan bu iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu 3 Silahlı Qüvvələrin birgə fəaliyyət göstərməsi çox vacibdir. Buna görə də birgə təlimlərdə onların da iştirakı mühümdür.

– Bu təlimlər heç də hansısa 3-cü dövlətə qarşı deyil?!

– Xeyr. Yenə deyirəm ki, bu təlimlər öz cavabdehliyi sahəsində olan layihələrin təhlükəsizliyini təmin etmək üçündür. Biz Azərbaycanda, Gürcüstan Gürcüstanda, Türkiyə isə Türkiyədə.

– Cənab nazir, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı barədə bu görüşdə hansısa söhbət oldumu?

– Təbii ki, Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının inkişafı çox önəmlidir. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eləcə də Azərbaycan Türkiyənin yanında. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti çox yüksəkdir. Dəstəyi çox önəmlidir. Bizim təhsil sistemimiz inteqrasiya olub. Yüzlərlə zabitlərimiz, gizirlərimiz Türkiyədə müxtəlif təlim mərkəzlərində, hərbi məktəblərdə, akademiyalarda təhsil alır.
Bizim hərbi-texniki əməkdaşlığımız çox önəmlidir. Bu gün elə qoşun növü yoxdur ki, biz Türkiyə ilə hərbi-texniki əməldaşlıq etməyək. Təbii ki, bu əməkdaşlıqdan həm Türkiyə, həm də Azərbaycan bəhrələnir.

– Azərbaycanın Türkiyə ilə hərbi münasibətlərinin konteksti son zamanlar Naxçıvan Muxtar Respublikası sərhədlərində baş verən hadisələrlə bağlı sual verməyimi zəruri edir. Ermənistan-Azərbaycan cəbhəsində baş verən proseslərin əks-sədası artıq Naxçıvana qədər gedib çıxıb. Hətta bir hərbçimizin yaralanması haqqında məlumatımız da var. Qarşı tərəfdə də itkilər var. Biz artıq cavab da vermişik. Bu istiqamətdə gedən hərbi hərəkətlər barədə nə deyə bilərsiniz?

– Bu məsələni biz araşdıracağıq. Naxçıvan istiqamətində bizdə belə problemlər yaşanmırdı. Tək-tük hallarda problemlər olsa da hər iki tərəf atəşkəsə riayət edirdi. Ora dövlət sərhədidir və heç kimin torpaq iddiası yoxdur və ola da bilməz. Ermənistan müdafiə naziri elan edir ki, orada heç bir şey olmayıb. Hesab edirəm ki, bəlkə, xəbərləri yoxdur, ola bilsin intizamsız hərbi qulluqçular atəş açırlar. Əgər bunlar boyunlarına götürmürlərsə, belə çıxır ki, ora idarə olunmur, hansısa intizamsız hərbi qulluqçular xidmət edir və bizim hərbçilərə atəş açırlar.Təbii ki, onların cavabları verilməlidir və verilib. Bundan sonra da veriləcək. Ona görə də onlar elan edirlərsə ki, belə bir hal olmayıb, təxribatdır, ilk növbədə öz fəaliyyətlərini nəzərdən keçirsinlər. Ona görə ki, bu, son zamanlar baş verib və yenidən təkrarlanır. Ona görə də mən tapşırdım ki, bu məslələrə çox ciddi yanaşsınlar. Əgər hansısa dövlət sərhədindən bizim tərəfə atəş açılacaqsa, onun cavabı veriləcək.

– Ermənistan son zamanlar çox maraqlı bəyanatlar verir. Bu bəyanatlardan biri də kütləvi qırğın silahına sahib olmaları haqdadır. Mən bilmirəm siz bunu kinayə ilə qarşıladınız, yoxsa ciddi qarşıladınız. Sözün düzü, mən bir vətəndaş, jurnalist olaraq narahatlıqla qarşıladım. Bu bəyanatların regionda təhlükəsizliyə hansı təhdid və təhlükəsi ola bilər.

– Bilirsiniz ki, onlarda köhnə atom elektrik stansiyası var. Bu stansiyanın vaxtı çoxdan bitib. Biz bilirik ki, onların imkanları da yoxdur ki, stansiyaya lazımi qulluq göstərsinlər, orada bərpa işləri aparsınlar. Bu özü həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana, ümumiyyətlə regiona təhlükəli bir stansiyadır. Ona görə də biz dəfələrlə beynəlxalq qurumlara müraciət etmişik ki, bir tədbir görsünlər. O ki qaldı bizi hansısa atom bombası ilə qorxudurlar… Birincisi, bu, iki sual yarada bilər. Əgər sizdə belə bir silah varsa, niyə bunun adını çəkirsiniz? Mənim bu suala cavabım var. Qorxurlar! Elə buna görə də belə şayiələr yayırlar.

İkincisi isə əgər sizdə belə bir silah varsa, Azərbaycanı bununla qorxurdursunuzsa, siz bunun məsuliyyətini dərk edirsinizmi?! Təbii ki, mən buna ciddi yanaşmıram. İnanmıram ki, Ermənistanda belə bir bomba olsun.

Digər məsələ “çirkli bomba”dır ki, bunun müxtəlif forması var. Ola bilər ki, onlar qırıntıları yığsın bir çəlləyə, atsın harasa. Sonra bəzi yerlərdə bu fon artsın. Bu məsələləri ciddi nəzarətdə saxlayırıq və digər məslələr də araşdırılır.

Təbii ki, bizim dövlətin də rəsmi müraciəti var. Müxtəlif müvafiq qurumlara bununla bağlı müraciət ünvanlanıb ki, buna qiymət versinlər. Ən azından onların bu məsələni dilə gətirməsi məsuliyyətsiz bir bəyanatdır. Bunun məsuliyyətini gərək onlar hiss etsinlər və cavabını versinlər.

– Qəbələdəki görüşdə qonşu dövlətlərin müdafiə nazirləri ilə toplantıda bu məsələ nə qədər qeyri-ciddi görünsə də müzakirə edildimi?

– Bir neçə gün bundan qabaq Gürcüstan milli təhlükəsizlik qurumunun bəyanatı olmuşdu. Bu artıq üçüncü haldır ki, nüvə parçalarından istifadə edərək qaçaqmalçılıqla məşğul olan qurplar tutuldu. Bu, narahatedici haldır. Ona görə ki, orada əksər həbs edilənlər erməni əsillidir. Ən təhlükəlisi isə bu parçaların terrorçu qrupların əlinə keçməsidir. Onlar bundan, doğurdan da, təhlükəli bir silah hazırlaya bilərlər. Ona görə də bu məsləyə çox ciddi yanaşmaq lazımdır ki, bunların qaçaqmalçılığının qarşısı alınsın. Ancaq bu gün Ermənistanın imkanı yoxdur ki, bu parçalardan hansısa bir silah yaratsın.

– Və nəhayət, cənab nazir, bu gün Azərbaycan Respublikasının müdafiə naziri ilə üzbəüz oturub cəbhədə gedən son proseslər barədə məlumat almaq mənim vəzifə borcumdur. Bu vəzifəmi müvəffəqiyyətlə yerinə yetirmək istəyirəm. Azərbaycan xalqını, vətəndaşlarını birinci növbədə narahat edən cəbhə xəbərləri ilə bağlı bir sualıma cavab almaq istəyirəm. Bu gün cəbhədə vəziyyət necədir? Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələri qarşısında qoyduğu vəzifələr necə yerinə yetirilir? Son zamanların cəbhə təəssüratlarına ümumiləşdirici yekun vurulsa, Zakir müəllim nələri deyə bilər?

– Mən bu imkandan istifadə edərək Azərbaycan xalqına demək istəyirəm ki, heç narahat olmasın. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, möhtərəm prezident başda olmaqla bütün əməliyyat şəraitinə nəzarət edilir. Təşəbbüs bizdədir. Bizim hərbi üstünlüyümüzü hamı görür. Mən xüsusi qeyd etmək istəyirəm ki, yadınızdadırsa bizim sizinlə bir neçə il qabaqkı müsahibəmizdə dedim ki, möhtərəm cənab prezident Silahlı Qüvvələrdə islahatlara başlayıb. Mən sizin sualınıza cavab verirəm ki, bütün bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında, düzgün, bütün istiqamətlərdə, həyata keçirilir və artıq biz onun nəticələrini görürük. Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır və qadirdir.

Previous Post

Zakir Həsənov: `Ermənilər bizdən qorxurlar`

Next Post

`Formula-1`dən sonra müharibə olacaq – Düşmən tərəfi

Bənzər yazılar

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09

Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban...

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

23 İyul 2026 - 16:49

Volodimir Zelenski ABŞ-yə səfər edəcəyini, burada bir həftə ərzində ABŞ liderinin xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner ilə...

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

23 İyul 2026 - 14:00

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni kiçik toqquşma adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Biz İranla...

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

22 İyul 2026 - 17:55

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmilərə endirilən hər zərbəyə cavab olaraq İranda bir körpünü...

Next Post

`Formula-1`dən sonra müharibə olacaq - Düşmən tərəfi

`Formula-1`dən sonra müharibə olacaq - Düşmən tərəfi

Son xəbərlər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.