"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

19 Mart 2019 - 11:57
in CƏMİYYƏT
FacebookVatsap

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. 

Bunu da oxuyun

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

Fövqəladə Hallar Nazirliyi taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

Təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımız naminə çətin, lakin şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq bu gün Novruz ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin hər bir bölgəsində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub. Ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib.

Ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində atılan uğurlu addımlar hərbi qulluqçularımızın qələbə əzmini daha da möhkəmləndirir. Günü-gündən güclənən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatlarındakı qələbələri sayəsində işğaldan azad olunmuş torpaqlarımızda və strateji əhəmiyyətli yüksəkliklərdə bu gün Azərbaycan bayrağı vüqarla dalğalanır. Bütün bunlar son illər ordu quruculuğu istiqamətindəki islahatlar nəticəsində qazanılan nailiyyətlərin məntiqi nəticəsidir.
Xalqımızın və ordumuzun şəxsi heyətinin iştirakı ilə 2018-ci ildə keçirilən Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar ölkəmizin müdafiə gücünü bir daha təsdiqlədi.
İrimiqyaslı təlimlərdə peşəkarlığını, döyüş qabiliyyətini artıran şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirməyə davam edir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Respublikamızın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm. Eyni zamanda şəhid ailələrini və torpaqlarımızın müdafiəsi uğrunda düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi, hörmətli veteranlarımızı da bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi gözəl bahar bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!”

Previous Post

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Next Post

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Bənzər yazılar

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

28 İyul 2026 - 12:24

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

28 İyul 2026 - 11:45

İyulun 30-dək Abşeron rayonu və Bakının bəzi qəsəbələrinin su təminatında fasilə olacaq. Bu barədə Elchi.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı...

Fövqəladə Hallar Nazirliyi taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

Fövqəladə Hallar Nazirliyi taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

28 İyul 2026 - 10:16

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Bakıda və rayonlarda güclü külək əsir – FAKTİKİ HAVA

28 İyul 2026 - 10:09

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post
Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Son xəbərlər

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

28 İyul 2026 - 12:56
Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

28 İyul 2026 - 12:29
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

28 İyul 2026 - 12:24
Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirib, məhkuma aid tapança tapılıb – FOTO

Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirib, məhkuma aid tapança tapılıb – FOTO

28 İyul 2026 - 12:16
Yaponiyada 7.1 bal gücündə zəlzələ

Yaponiyada 7.1 bal gücündə zəlzələ

28 İyul 2026 - 12:03
Azərbaycan bu ölkəni təbrik etdi

Rəsmi Bakı: Zaxarovanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır

28 İyul 2026 - 11:57
XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

28 İyul 2026 - 11:52
İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

28 İyul 2026 - 11:45
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

28 İyul 2026 - 11:37
Azərbaycanda 5 tondan çox çətənə kolu məhv edildi

Azərbaycanda 5 tondan çox çətənə kolu məhv edildi

28 İyul 2026 - 11:30
ABŞ Ukraynadakı münaqişənin necə inkişaf edə biləcəyini açıqladı

ABŞ Ukraynadakı münaqişənin necə inkişaf edə biləcəyini açıqladı

28 İyul 2026 - 11:21
Kahı təhlükəsi: Yoluxmalar artır, məhsullar geri yığılır

Kahı təhlükəsi: Yoluxmalar artır, məhsullar geri yığılır

28 İyul 2026 - 11:13
Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

28 İyul 2026 - 11:00
Ev sahibi əlavə ödənişlə evdən işləyən kirayəçini şoka saldı!

Ev sahibi əlavə ödənişlə evdən işləyən kirayəçini şoka saldı!

28 İyul 2026 - 10:54
Tramp: İranı darmadağın edirik

Tramp: İranı darmadağın edirik

28 İyul 2026 - 10:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.