Yunanıstanda yüksək enerji və istehsal xərclərini azaltmaq, vergi yüklərini yüngülləşdirmək istəyən fermerlər paytaxt Afinada traktorları ilə etiraz ediblər.
Elchi.az xəbər verir ki, polisdən verilən açıqlamaya görə, etiraza ən az 8 min fermer 130 traktorla qatılıb.
Fermerlər yüksək enerji və istehsal xərclərinin azaldılması, vergi yüklərinin yüngülləşdirilməsi və təbii fəlakətlərdən dəymiş ziyanın ödənilməsi kimi tələblər irəli sürüblər.
Bəzi fermerlər traktorlarının qarşısına “tabutlar” qoyub, bəziləri isə “Əkinçi yox, yemək yox, gələcək yoxdur”, “Bu gün mal-qara ölüb” yazılı plakatlar asıb. Həmkarlar ittifaqlarının hökumətlə danışıqları həftələrdir davam etsə də, indiyədək ciddi irəliləyiş əldə olunmayıb.
Fermerlər elektrik enerjisi ödənişlərində endirim və kənd təsərrüfatı dizelinə görə verginin qaytarılmasının bir il uzadılmasını təklif edən hökumətə təzyiq etmək üçün Afinada olduqlarını bildirdilər.
Nuranə Məmmədova