Yunanıstan Ukraynaya qaz tədarük etməyi planlaşdırır

36

Baş nazir Mitsotakis deyib ki, Yunanıstan Avropanın Rusiya qazından müstəqil olmasına kömək edəcək.
Elchi.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis keçirdiyi mətbuat konfransında bildirib ki, Yunanıstan Rusiya əvəzinə Ukraynaya təbii qaz verə bilər.
O qeyd edib ki, Aleksandrupoli liman şəhəri böyük enerji mərkəzinə çevrilə bilər.
“Yunanıstan təbii qazın tədarükü üçün qapıya çevrilir, bu, təkcə bizim ehtiyaclarımızı deyil, həm də Balkanların və nə üçün də Şərqi Avropanın ehtiyaclarını ödəyir. Niyə Ukrayna olmasın?” Mitsotakis bildirib.
Rəsmiyə görə, nə vaxtsa hərbi münaqişə bitəcək və Ukraynanın təbii qaz təchizatına ehtiyacı olacaq.
Mitsotakis əlavə edib ki, onu Rusiyadan alacağını təsəvvür etmək çətindir, lakin kimsə bunu təmin etməlidir.
Mitsotakis daha əvvəl demişdi ki, Yunanıstan Avropanın Rusiya təbii qazından müstəqil olmasına kömək edə bilər.

Şayəstə