Yunanıstan terror təşkilatlarını parlamentdən kənarlaşdıracaq qanun hazırlayır

30

Yunanıstan terror təşkilatlarının parlamentdən çıxarılmasını nəzərdə tutan qanun layihəsi üzərində işləməyə başlayıb.

Elchi.az bildirir ki, bir müddətdir ölkə mətbuatında yer alan xəbərə görə, Yunanıstanın irqçi, neo-nasist Qızıl Şəfəq Partiyasının keçmiş millət vəkili İlias Kasidiaris tərəfindən 2020-ci ildə qurulan “Yunanlar Partiyası”nın qarşısını almaq üçün hüquqi tənzimləmələr aparılır. 

Xəbərdə Kasidiarisin eyni ad və soyadlı əmisi oğlu vasitəsilə bu partiyanı parlamentə gətirməyə çalışa biləcəyi iddia edilib.

Hökumət sözçüsü Yannis İkonomu bazar ertəsi keçirdiyi həftəlik adi mətbuat konfransında qeyd edib:

“Hökumət olaraq Konstitusiyanın bizə verdiyi imkanlar çərçivəsində Ali Məhkəmənin seçkilərdə terror təşkilatlarını namizəd partiya kimi təyin etməsinin qarşısını almalıyıq. Bunu konstitusiya çərçivəsində etməliyik”.

Buna uyğun olaraq, bir partiyanın seçkidə namizəd olması üçün partiyanın həqiqi lideri və ya üzvlərinin terror təşkilatına üzv olmaq kimi cinayətlərə görə məhkum edilib-edilməməsi yoxlanılacaq.

Yeganə